Əsas Səhifə > Hadisə, Manşet > ƏVƏZ ZEYNALLINI GÜLƏR ƏHMƏDOVA TUTDURUB

ƏVƏZ ZEYNALLINI GÜLƏR ƏHMƏDOVA TUTDURUB


28-10-2011, 19:32
ƏVƏZ ZEYNALLINI GÜLƏR ƏHMƏDOVA TUTDURUB

BAŞ REDAKTOR ONUN ŞİKAYƏTİ ƏSASINDA SAXLANILIB

Oktyabrın 28-də axşam saatlarında hüquq-mühafizə orqanları "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanılıb. Onun vəkili Elçin Sadıqovun Turana verdiyi xəbərə görə, Zeynallı Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Saxlanma səbəbi oktyabrın 19-da parlamentin deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işidir. Sonuncu redaktorun guya ondan pul tələb etdiyini iddia edir.

Lakin dünən Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul tələb edib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iddiaları üzrə cərimə ödəmədiyinə görə oktyabrın 20-də məhkəmə icraçıları məhkəmənin qərarı ilə qəzetin əmlakını müsadirə ediblər.

Əmlakın müsadirəsindən sonra iddiaçılara cərimə ödəməkdən imtinaya görə Zeynalova qarşı cinayət işi açılıb.

Redaktorlar Birliyi bəyanatla çıxış edərək, "Xural" qəzetinə qarşı təzyiqi pisləyib və əmlakın müsadirəsini qanunsuz adlandırıb. Bununla belə, Redaktorlar Birliyi müvafiq dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərəcəyinə və "Xural" redaksiyasının hüquqlarının təmin ediləcəyinə ümidini ifadə edib.


Geri qayıt