Əsas Səhifə > Güney Press / Manşet > PRESTİJLİ İNŞAAT FİRMASI FIRILDAQÇI ÇIXDI

PRESTİJLİ İNŞAAT FİRMASI FIRILDAQÇI ÇIXDI


17-08-2012, 17:19
PRESTİJLİ İNŞAAT FİRMASI FIRILDAQÇI ÇIXDI

ƏMƏK MÜQAVİLƏSİ OLMAYAN FƏHLƏLƏRƏ İKİ AYDIR MAAŞ VERİLMİR

DİA.AZ: - Bakıda çox bahalı inşaat layihələrinin icraçısı kimi tanınan В«Altes PlazaВ» Tikinti Firması ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən bir qrup fəhlənin sözlərindən belə anlaşılır ki, şirkət fəhlələri işlətməsinə baxmayaraq, iki aydan çoxdur ki, onlara əməkhaqqı vermir.

Fəhlələr bildirir ki, onlar Mətbuat prospektində 12 mərtəbəli yaşayış binasının tikintisində işlədilsələr də, onlara pul verilmir: В«Fəhlələrin heç bir ilə əmək müqaviləsi bağlanmayıb. Etibar adlı şəxs şifahi vəd əsasında fəhlələri işlədib və indi də əməkhaqqını verməkdən boyun qaçırırВ».

Bununla bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edəcəklərini bildirən fəhlələrin sözlərinə görə, onların savadsızlığından istifadə olunub: В«Əslində bizimlə əmək müqaviləsi bağlanmalı idi. Sığorta olunmalı idik. Əgər Allah eləməsin, inşaat zamanı hər hansı bədbəxt hadisə baş versəydi, hansısa birimizin başına iş gəlsəydi, deməli, necə ki iki aylıq maaşımızı mənimsəyirlər, eləcə də qanımızı batıracaqdılarВ».

Qarşı tərəfin də mövqeyini öyrənib diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Geri qayıt