Əsas Səhifə > Hadisə > ƏVƏZ ZEYNALLI SAXLANILDI (YENİLƏNDİ)
ƏVƏZ ZEYNALLI SAXLANILDI (YENİLƏNDİ)28-10-2011, 19:07 |
ONU İKİ NAMƏLUM ŞƏXS APARIB "Xural" qəzetinin baş redaktoru bu gün axşam saatlarında həbs edilib. Bu barədə musavat.com-a qəzetin əməkdaşları xəbər verib. Onların sözlərinə görə, Əvəz Zeynallı kanal13 internet televiziyasına gedirmiş. Onun mənzil başına vaxtında çatmadığını görən jurnalistlər Ə.Zeynallıya zəng ediblər. Baş redaktor onlara deyib ki, iki naməlum şəxs onu maşına oturdub harasa aparırlar. Hazırda Ə.Zeynallının kimlər tərəfindən həbs edildiyi və hara aparıldığı barədə məlumat yoxdur. Təfərrüatlar olacaq. ƏLAVƏ: Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Ə. Zeynallının həbsi ilə bağlı nazirlikdə hər hans bir məlumat yoxdur. “Xural”ın redaktoru Anar Niftəliyev isə bildirib ki, artıq həbslə bağlı nazirliyin 102 xidmətinə və digər qurumlara, qəzet redaksiyalarına da məlumat verilib. Geri qayıt |