Əsas Səhifə > Ölkə, Manşet > QUBANIN BAŞÇISI ÖZÜNƏ CANGÜDƏN TUTUB
QUBANIN BAŞÇISI ÖZÜNƏ CANGÜDƏN TUTUB17-08-2012, 14:37 |
MÜBARİZ AĞAYEV RAUF HƏBİBOVUN AQİBƏTİNDƏN DƏRS ALIB DİA.AZ: - Qubadakı 1 mart olaylarının ardından Mingəçevirdəki vəzifəsindən alınaraq Quba rayon icra hakimiyyəti başçısı vəzifəsinə gətirilən Mübariz Ağayev deyəsən, məlum hadisələr zamanı devrilən sabiq icra başçısı Rauf Həbibovun aqibətindən dərs çıxarıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən rayondakı mənbələrin sözlərindən belə aydın olur ki, Mübariz Ağayev bir neçə dəfə «xalq gəzintisi» şousu yaratmaq istəsə də, ona baha başa oturub: «Belə ki, icra başçısı «qubalılar mənim dostumdur» deyərək, rayon mərkəzindəki çayxanaların birinə də gəlib. Amma qubalılar onu gözlədiyinin əksinə olaraq problemləri ilə qarşılayıblar və hələ də Rauf Həbibovdan qalma problemlərin həll olunmadığını söəlyiblər. Hətta narazı vətəndaşlardan biri icra başçısının üzərinə yeriyərək ondan 1 mart hadisələri zamanı həbs olunan qubalıları azadlığa buraxdırmasını tələb edib. Bu zaman icra başçısının müavinlərindən biri araya girərək, başçını rayon sakininin əlindən alıb». Mənbəmiz bildirir ki, bu hadisə sanki yeni başçıya dərs olub: «Təbii ki, Mübariz Ağayev həbs olunan qubalıları azad etdirə bilməz. Amma onun imkanı çatıb ki, özünə mühafizəçi tutsun. Çünki başqa şəkildə Qubada gəzməsi qeyri-mümkündür». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |