Əsas Səhifə > Hadisə > DAHA BİR MƏMURA QARŞI SƏRT İTTİHAM
DAHA BİR MƏMURA QARŞI SƏRT İTTİHAM17-08-2012, 14:26 |
YEVLAXIN PROKURORUNDAN ŞİKAYƏT Bəhram Sultanov: “Prokuror Elxan Pənahov rayonda korrupsiyalaşmış məmur kimi tanınır və o, Baş Prokuror cənab Zakir Qaralovun etimadını yerə vurur…” “Şikayət vermişəm ki, Yevlax RİH rəhbərliyi şikayətimdən əl çəkməyim və susmağım üçün mənə saxta sənədlərlə iki həyətyanı toraq sahəsi ayırıb, onlara qarşı tədbir görün, mənə qərar göndərir ki, onların əməllərində cinayət tərkibi yoxdur…” “Ötən ilin iyunun əvvəllərində Baş prokuror Zakir Qaralovun əmri ilə Salyan rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahov Yevlax rayon prokuroru vəzifəsinə təyin ediləndən rayonda sakitlik pozulub. Cənab Prezidentin etibarını və Baş prokurorun etimadını doğrultmayan Elxan Pənahov rayonda elə ad çıxarıb ki, deyiləsi deyil…”. Bu sözlər sahibkar, bir müddət əvvəl ёİpək yolu»nun çəkilişi ilə əlaqədar rəhbəri olduğu “Xan çinar» restoranının sökülməsindən sonra ona çatası kompensasiyanı hələ də ala bilməyən, bir neçə instansiya məhkəmə proseslərini keçən Yevlax rayon sakini Bəhram Sultanovun Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciətindəndir. B.Sultanovun şikayət xarakterli müraciətində rayon prokuroru Elxan Sultanovun barəsində sərt ittihamlar olduğundan dünən onu redaksiyamıza dəvət etdik. B.Sultanov müraciətindəkiləri imzası ilə bir daha təsdiqlədi və təqdim etdiyi sənəd və sübutlara əlavə izahat verdi. Qeyd edək ki, B.Sultanovun Prezident İlham Əliyevə, Baş Prokuror Z.Qaralova ünvanlı müraciətində Yevlax rayon prokuroru Elxan Pənahovun prokuror təyin edildiyi son bir il iki ay ərzində rayonda rüşvət alan hüquq mühafizə orqanı rəhbəri kimi ad çıxardığını, hətta neçə ay əvvəl rayon Mərkəzi xəstəxanasının baş həkimi İlham Quliyevin və xəstəxananın laborantı Novruz Rüstəmovun 35 manat pul almasına görə hər ikisini həbs etdirdiyini, sonradan onlardan 80 min manat pul alaraq buraxdığını, bunun üstündə isə məsələnin şişərək Baş Prokurorluq səviyyəsinə kimi qalxdığını, E.Pənahova şiddətli töhmət verilməklə sonuncu xəbərdarlıq edildiyini, prokurorluğa məxsus ёQaz-31» markalı xidməti maşının hazırda onun Bakıdakı bağ evində ailəsinə xidmət etməsini, bundan əlavə, qəbul günü hər həftənin şəhbə günü saat 09-dan 18:00-a kimi olmasına baxmayaraq Elxan Pənahovun hər həftənin 5-ci günü axşamdan Bakıya çıxıb getməsini, vətəndaşların onun qəbuluna düşmək imkanının mümkünsüzlüyünü və s. yazıb. Həmçinin prokuror barədə ciddi iddialar irəli sürülür. Dünən, həmçinin Yevlax rayon Prokurorluğuna zəng edərək prokuror E.Pənahovla danışmaq istədik. Lakin prokurorun telefonu susmaqda oldu. Yevlax rayon prokurorunun köməkçisi, mətbuatla əlaqələr üzrə qrupun rəhbəri İlkin İsmayılovla(0166- 6-46-73) zəngləşsək də onun həm də mobil telefonu susdu. Qarşı tərəf olaraq prokuror E.Pənahovun münasibətini öyrənməyə və dərc etməyə hazırıq. \ “Təzadlar” qəzeti \ Geri qayıt |