Əsas Səhifə > Sosial, Manşet > YATAQXANA YANĞINLARI İLƏ BAĞLI ŞOK FAKT

YATAQXANA YANĞINLARI İLƏ BAĞLI ŞOK FAKT


17-08-2012, 14:05
YATAQXANA YANĞINLARI İLƏ BAĞLI ŞOK FAKT

QAÇQINLARI TƏKRAR QAÇQIN EDƏN İQTİDARIN «TİKİNTİ MAFİYASI» İMİŞ

DİA.AZ: - Son günlər məcburi köçkünlərin məskunlaşdıqları yataqxanaların yanması sanki bir ənənə halını alıb. Və maraqlıdır ki, bu zaman rəsmi mənbələr səbəb kimi eyni bəhanəni göstərirlər: EHTİYATSIZ DAVRANMA… Elə bir təəssürat yaranır ki, evlərindən didərgin düşmüş soydaşlarımız sanki sözü bir yerə qoyaraq ehtiyatsız davranırlar və sanki onların dünənə qədər sığındıqları ünvanlar pambıqdan imiş…

Amma baş verənlərin əsl səbəbinin heç də deyildiyi kimi olmadığı hər kəsə aydındır. Çünki Bakıdan başlanan alovlanmanın artıq əyalətdəki qaçqın yataqxanalarına da keçməsi bütün bunların konkret bir plan əsasında həyata keçirilməsi təəssüratını yaradır.

Bununla əlaqədar DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki məlumatlı mənbə əslində yataqxana yanğınlarının məqsədli şəkildə törədilə biləcəyi ehtimallarının yüksək olduğunui da söylədi:

«Burada bəlli bir qrup fəaliyyəti müşahidə olunur. Məqsəd aydındır. Sığındıqları məkanı tərk etmək istəməyən məcburi köçkünlərin məcburi qaydada köçürülməsinə nail olmaq. İstədiklərini bu yolla əldə edənlər təbii ki, təkrarən məcburi köçkünləri əvvəlki yerlərinə qaytarmayacaqlar. Hətta onları yayın istisində çadırlarda saxlamaq bahasına olsa da, planlarını icra edirlər».

Mənbəmiz bu işdə hakimiyyət içində qərarlaşan «tikinti mafiyası»nın əsas maraqlı tərəf olduğunu bildirməklə yanaşı, onu da vurğuladı ki, qaçqın yataqxanalarının alovlanması prosesi bundan sonra da davam edə bilər.

Geri qayıt