Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ MƏTBUAT DAVASI GEDİR

HAKİMİYYƏT İÇİNDƏ MƏTBUAT DAVASI GEDİR


17-08-2012, 13:22
HAKİMİYYƏT İÇİNDƏ MƏTBUAT DAVASI GEDİR

KƏMALƏDDİN HEYDƏROVUN MEDİA İMPERİYASINI KİM HƏDƏFƏ ALIB?

DİA.AZ: - Son günlər hakimiyyət daxilində çox xəfif toqquşmalar cərəyan etsə də, cəmiyyətin bu barədə bilgiliəndirilməsinin qarşısı ciddi-cəhdlə alınmaqdadır. DİA.AZ-ın əldə etdiyi məlumatlardan belə aydın olur ki, Prezident Administrasiyası bu gün əlində çox ciddi media rıçaqları olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mətbu imperiyasını hədəfə alıb.

Məlumat üçün bildirək ki, bu gün FHN şeçi mətbuatda çox ciddi gücə sahibdir, onun onlarla qəzeti, xəbər agentlikləri, portalları fəaliyyət göstərir ki, bu da çox böyük qüdrət hesab olunur. Yəni bir tərəfdən geniş iqtisadi imkanları əlində saxlayan Kəmaləddin Heydərov eyni zamanda mətbu iqtidarlılığından yararlanaraq istənilən bir prosesi istəyinə uyğun axarda yönləndirmə imkanındadır ki, bu da onun rəqiblərinin heç də ürəyincə olan bir məsələ deyil.

Məlumatlı mənbə bildirir ki, bu səbəbdən hələ də PA tərəfindən siyasi baxımdan təlimatlandırılan FHN şefinin mətbu orqanlarının rəhbərliyi ilə gizli danışıqlar aparılır: «Kəmaləddin Heydərova yaxın olan bir mətbuat nümayəndəsinə çox əlverişli təkliflər edilib və bunun müqabilində, FHN şefindən imtina tələb olunub. Amma maraqlıdır ki, PA-nın nümayəndələri istəklərinə çata bilməyiblər və onlara rədd cavabı verilib».

Amma buna rəğmən Kəmaləddin Heydərovun kurasiyasında olan bəzi media quruluşlarının PA ilə anlaşdığı da iddia olunur. Onu da bildirək ki, heç də hər məmur mediaya nüfuz etmə ixtiyarına malik deyil. Məsələn, keçən ilin əvvəlində nəqliyyat naziri Ziya Məmmədovun oğlu «ZQAN» Holdinqin patronu Anar Məmmədov bildirmişdi ki, onlar mediada da möhkəmlənməyə çalışacaqlar və bununla bağlı böyük planları var. Amma sonradan məlum oldu ki, nazir oğlunun mətbuatla əlaqədar böyük planları onun arzusu olaraq qalıb və buna imkan verilməyib.

Amma Kəmaləddin Heydərov belə bir imkanda olduğundan bu gün onun media qüdrəti bir çox məmurlar üçün kifayət qədər cəlbedicidir. Xüsusən də 2013-cü il prezident seçkiləri ərəfəsində.

Onu da bildirək ki, Kəmaləddin Heydərov öz media imkanlarından ara-sıra rəqiblərinə qarşı da istifadə edir. Məsələn, zaman-zaman Ziya Məmmədov həmin media gücünün hədəfində oldu, eyni zamanda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə də FHN şefinin «mətbu çarxı»nın təkərləri arasında dəfələrlə dövr edilib.

Geri qayıt