Əsas Səhifə > Hadisə > REDAKTORLAR BİRLİYİ NARAHATDIR
REDAKTORLAR BİRLİYİ NARAHATDIR28-10-2011, 17:26 |
QURUM “XURAL”LA BAĞLI BƏYANAT VERDİ Redaktorlar Birliyinin bu gün keçirilən toplantısında bəyanat qəbul olunub. DİA.AZ olaraq həmin bəyanatı təqdim edirik: “Son zamanlar Azərbaycan mətbuatına qarşı başlanan təzyiqlər daha da artmışdır. Bu ayın 20-də «Xural» qəzetinin redaksiyasına Nərimanov Məhkəməsinin məhkəmə qərarlarının icrası idarəsinin əməkdaşları tərəfindən əmlakı qanuni əsaslar olmadan müsadirə edilib. Hüquqi baxımdan əmlakın müsadirə edilməsi barədə çıxarılmış məhkəmə qərarı cavabdeh tərəfin şikayət etmək üçün 10 günlük vaxt imkanı tanınmayıb. Bundan başqa, məhkəmə icraçıları icra haqqında müvafiq qanunvericiliyin tələblərini kobudca pozaraq redaksiyadakı zəruri əşyaların belə sayının 1 (bir) ədəddən çox olmadığını nəzərə almadan onları da müsadirə ediblər. Bütün bunlar isə müsadirə prosesinin siyasi sifariş əsasında həyata keçirildiyini, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişləri əsasında baş tutduğu ortaya çıxıb. Bundan sonra isə «Xural» qəzetinə qarşı siyasi basqılar bir qədər də intensivləşib. Müsadirə prosesinin qanunun tələblərinə əməl edilmədən həyata keçirilməsiylə bağlı redaksiyanın etiraz bəyanatına Ədliyyə Nazirliyi daha çox siyasi çalarlarla zəngin olan bir bəyanatla cavab verib. Nazirlik faktiki olaraq müsadirə ilə bağlı hüquqi prosedurla bağlı icra vəziyyətinə qiymət vermək əvəzinə, qeyri hökumət təşkilatı olan Mətbuat Şurasının çıxardığı ictimai qınaq açıqlamalarına istinad edib. Ədliyyə Nazirliyi öz bəyanatında qəzetin fəaliyyətini siyasi baxımdan qiymətləndirmiş, baş verənlərlə bağlı həqiqətləri gizlətməyə çalışmışdır. Belə ki, nazirliyin açıqladığı rəsmi press-relizdə «Xural» qəzetinin əmlakının müsadirə edilməsiylə bağlı olan iddiaçıların adları arasından, əsas iddiaçı PA rəhbəri Ramiz Mehdiyevin adını çıxarılıb. Bundan sonra isə «Xural» qəzetinə qarşı siyasi təzyiqlər davam edib. Qəzetin 9 il nəşr olunduğu «Ekspress-servis» mətbəəsi heç bir əsas olmadan çapdan imtina edib. Məlum olub ki, mətbəə rəhbərliyinin qəzet rəhbərliyinə hansısa texniki problemin yaranması ilə bağlı nəşri dayandırmaq qərarı siyasi siafriş əsasında çıxarılıb. Bundan sonra isə «Xural» qəzeti Bakı şəhərindəki qəzet nəşri ilə məşğul olan mətbəələrə müraciət edərək nəşrini davam etdirmək istəsə də, mətbəələr konkret olaraq siyasi problem yarana biləcəyindən ehtiyat edərək müraciətə müsbət cavab verməyib. Ölkədə nəşr edilən gündəlik «Xural» qəzetinin çap olunacağı azad mətbəənin olmaması faktiki olaraq Azərbaycanda söz və mətbuat azadlığının boğulmasını bir daha sübut edir. Redaktorlar Birliyi məsələdən narahatçılığını bildirir və səlahiyyətli qurumları vəzifələrini yerinə yetirəcəyini gözləyir”. Geri qayıt |