Əsas Səhifə > Cəmiyyət > “ƏBÜLFƏZ ELÇİBƏY XƏSTƏLİKDƏN DÜNYASINI DƏYİŞİB”

“ƏBÜLFƏZ ELÇİBƏY XƏSTƏLİKDƏN DÜNYASINI DƏYİŞİB”


17-08-2012, 13:05
“ƏBÜLFƏZ ELÇİBƏY XƏSTƏLİKDƏN DÜNYASINI DƏYİŞİB”

FAZİL MUSTAFADAN REAKSİYA

Mərhum eks-prezident Əbülfəz Elçibəyin kimlərsə tərəfindən zəhərləndiyi və Bakı Şəhər Prokurorluğunda istintaq aparılması barədə məlumatlar gündəmin müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Ə. Elçibəyin keçmiş silahdaşlarından olan deputat Fazil Mustafa da münasibət bildirib: “Bu, danışmaq istəmədiyim məsələlərdən biridir. Çünki insanların dəqiq haqları olmayanda insanları bu cür incitmək yanlış bir şeydir. Və Əbülfəz Elçibəyin də hər hansısa bir siyasi məqsəd üçün bir vasitə olaraq istifadə olunmasını doğru hesab etmirəm. Onun ölümündən sonra adının bu formada hallanması düz deyil. Mən hər halda Əbülfəz Elçibəyin xəstəliyi və necə müalicəyə getməsinin gizli detallarına qədər bildiyimə görə deyə bilərəm ki, o haqq dünyasındadır və xəstəliyə görə dünyasını dəyişib. O baxımdan da məsələnin üzərinə bu cür gəlinməsi səhvdir. Türkiyədə də Turqut Özal məsələsi qaldırıldı, amma Əbülfəz Elçibəylə bağlı situasiya tamamilə fərqlidir. Tam məsuliyyətlə deyirəm ki, xəstələnərək, yəni müəyyən ciddi bir xəstəlik səbəbindən dünyasını dəyişib. Onun xəstəliyini ilkin bilən, yəni bu işin müalicə və başqa məsələlərin təşkil etməyə çalışan insan kimi hər hansısa şübhəli bir məqama açığı rast gəlmədim .Daha çox demək müalicənin gecikdirilməsi səbəbindən bu ölüm bir az tezləşdi. Vaxtında profilaktik məsələlər həll edilmədiyinə görə xərçəng xəstəliyi onu dünyasını dəyişməyə gətirib çıxartdı. Kiminsə əlində əsaslar varsa, fakt kimi qoysun ortalığa”.

Geri qayıt