Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIMIZ 16 MİLYON MANAT İTİRƏCƏKLƏR

MƏMURLARIMIZ 16 MİLYON MANAT İTİRƏCƏKLƏR


17-08-2012, 12:57
MƏMURLARIMIZ 16 MİLYON MANAT İTİRƏCƏKLƏR

«ROYALBANK»IN HİMAYƏDARLARI MƏMUR PULLARINI QAYTARMAQ İSTƏMİR

DİA.AZ: - Bir neçə gün əvvəl verilən açıqlamalardan aydın oldu ki, artıq lisenziyası ləğvedilmiş «RoyalBank»ın ləğvedici bankı tərəfindən sözügedən bankın əmanətçilərinə olan borcların qaytarılması prosesinə start verilib. Məlumatlara görə, əmanətçilərin 30 faiz pulları qaytarılsa da, yerdə qalan summanın ləğvedici bank tərəfindən qaytarılacağı gözlənilir və hər bir əmanətçi müraciət etdikdən sonra 60 gün müddətinə əmanətini ala bilər.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, «RoyalBank»ın heç də bütün əmanətçilərinə eyni xoşbəxtlik nəsib olmayacaq. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, yalnız sıravi vətəndaşlar üçün sözügedən uyğulamalar keçərlidir:

«Məsələn, məmurlardan birinin bu bankda 4 milyon manatının olduğu deyilir. Tək bu fakt deyil. Bununla yanaşı, təxminən 20-yə yaxın məmurun və məmur yaxınının ümumilikdə olaraq bu bankda 16 milyon manata yaxın vəsaiti saxlanılırmış».

Mənbəmiz bildirir ki, həmin pulları batmış hesab etmək olar: «Təbii ki, «RoyalBank» göbələk deyildi və yerdən çıxmamışdı. Sadəcə olaraq, bu bankın arxasında dayanan hakimiyyətiçi qüvvənin zəifləməsi nədənindən «RoyalBank»ı tarixin arxivinə yolladılar. Belə bir şəraitdə isə bankın himayədarları da anoloji «cəngəllik üsulu» ilə davranaraq məmurlara aid əmanətlərin qaytarılmasından imtina edirlər».

Artıq bu məsələnin kifayət qədər şişdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, əgər vəziyyət bu şəkildə davam edərsə, o zaman həmin 16 milyon manat bata bilər: «Çünki «yuxarılar» «RoyalBank» himayədarlarının bu tələbləri qarşısında susurlar. Bu isə daha çox razılıq əlaməti kimi qəbul olunur».

Geri qayıt