Əsas Səhifə > Hadisə > RƏSUL QULİYEVİN QOHUMU HƏBS EDİLDİ

RƏSUL QULİYEVİN QOHUMU HƏBS EDİLDİ


28-10-2011, 15:48
RƏSUL QULİYEVİN QOHUMU HƏBS EDİLDİ

O, XƏSTƏXANADAN HƏBSXANAYA APARILIB

Xalq artisti Aygün Kazımovanın keçmiş həyat yoldaşı İlqar İbrahimova yenidən həbs olunub. “Qafqazinfo” xəbər verir ki, o təxminən 4 gün əvvəl müalicə olunduğu 5 saylı Xəstəxanadan 2 Saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb. Redaksiyamıza məlumat verən mənbə bildirib ki, İ. İbrahimov cəzasının 2/3-ni çəkdiyi üçün bir müddət əvvəl 1/3-lə azad olunub.

O, Tağıyev qəsəbəsində yerləşən 6 saylı Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsində (komendatura) qeydiyyatda olub. Məlumatda qeyd olunur ki, İ. İbrahimov bir müddət əvvəl infarkt keçiribmiş və 5 Nömrəli Xəstəxanada müalicə olunurmuş. Pentensiar Xidmətin əməkdaşları onun həbs olunmasına heç bir səbəb göstərməyiblər. Sadəcə bildiriblər ki, Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi onlara belə bir tapşırıq verib.


Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin mətbuat xidmətindən Qafqazinfoya bildirilib ki, bu barədə onlar heç bir açıqlama verə bilməzlər: “Məhkumun yerinin dəyişdirilməsi ilə bağlı məsələlər yalnız onların razılığı ilə ola bilər». Mətbuat xidmətindən o da bildirilib ki, Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsində olan məhkum Cəzaçəkmə Müəssisəsinə o halda aparılır ki, o islah olunmur və qəsdən rejim qaydalarını pozur: «Bütün bu proseslər isə məhkəmə qərarları ilə həyata keçirilir».


Geri qayıt