Əsas Səhifə > Güney Press / Manşet > GENERALA QARŞI DƏHŞƏTLİ İTTİHAM
GENERALA QARŞI DƏHŞƏTLİ İTTİHAM16-08-2012, 14:14 |
![]() VAQİF AXUNDOV QOVDUĞU İŞÇİSİNİN HƏYATINA QƏSD EDƏ BİLƏR? DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla bağlı ilginc məlumat almışıq. General tərəfindən bir neçə ay əvvəl В«MTN-nin şpionuВ» kimi işindən uzaqlaşdırılan və bunun qarşılığında kompensasiya ala bilməyən və hüquqlarını artıq məhkəmələrdə arayan XDMX-nin keçmiş əməkdaşı Asif Lətifovun DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Vaqif Axundov indi də onun ruhi xəstə olduğunu sübuta yetirməyə çalışır. Sabiq XDMX əməkdaşının sözlərinə görə, onun Vaqif Axundova qarşı iddialarının araşdırılması əvəzinə, məhkəmə orqanları onun özünü hədəfə alıblar: В«Mənə məhkəmədən çağırış gəldi ki, guya ruhi xəstə olub-olmadığımı araşdırsınlar. Mən də getdim. Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasında psixoloqlar məni danışdırdı. Bilirəm ki, bütün bunlar şoudur və Vaqif Axundov çətin durumdan çıxmaq üçün bu addımı atırВ». Uzun illər ölkə prezidentinin mühafizəsində iştirak edən şikayətçinin sözlərinə görə, Vaqif Axundovla bağlı məsələ В«yuxarılarВ» tərəfindən araşdırılır: В«O da vəziyyətdən çıxmaq üçün bu addımı atır. Elə rəy yaratmağa çalışır ki, mən guya ruhi xəstəyəm. Və bununla da prezidentə hesabat verib deyəcək ki, bəs narazı qalan keçmiş işçi xəstədir. Halbuki general mənim hər il tibbi komissyadan keçdiyimi və 17 il prezidentin mühafizəsi kimi şərəfli, məsuliyyətli bir işdə çalışdığımı unudubВ». Asif Lətifov onu da bildirdi ki, ona məhkəmədən Maştağadakı ruhi dispanserə getməyi də tələb ediblər: В«Mənə bildirdilər ki, bir ay orda yatıb sağlam olduğumu sübuta yetirməliyəm. Bu nə hoqqadır? Nədən mən sağlam olduğumu ruhi dispanserdə yataraq, sübut etməliyəm?В» Şikayətçinin sözlərinə görə, əslində həmin dispanserdə onun həyatına belə qəsd edə bilərlər: В«Onlardan nə desən çıxar? Hələ də köhnə sovet təfəkkürü ilə haqlı söz danışanı susdurma yolunu tutublar. Ona görə də, mən ölkənin müvafiq qurumlarından təhlükəsizliyimə təminat istəyirəmВ». Onu da bildirək ki, Asif Lətifov başına açılan oyunlarla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan da kömək istəyib. Geri qayıt |