Əsas Səhifə > Ölkə > DYP-DƏ “PRAVA” BİZNESİ

DYP-DƏ “PRAVA” BİZNESİ


16-08-2012, 13:24
DYP-DƏ “PRAVA” BİZNESİ

NARAZI VƏTƏNDAŞ İLGİNC FAKTLARI AÇIQLADI

Vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət İmtahan Şöbəsindən narazılıq edir.

Redaksiyamıza şikayət edən vətəndaşlar sürücülük vəsiqəsinin rüşvət vermədən alınması üçün süni maneələr yaradıldığını deyirlər. Şikayətçilər bildirir ki, kompyuterlə test imtahanına əvvəlcədən 8-9 yüz manat rüşvət vermək lazımdır:

"Sonra isə həmin adamların sənədlərinə xüsusi işarə qoyulur, imtahan vaxtı iki polkovnik-leytenant rütbəli məsul şəxslər onları əvvəlcədən ayrılan nömrələnmiş komyuterlərin arxasında oturdurlar. Hamıda olduğu kimi rüşvət verınlərdə də 10 sual olmasına abxmayaraq, proqram onların qarşısına 4 yox, məhz bir - düz cavabı çıxarır. Beləcə, imtahan vermək asanlaşır".

"Yezda" adlanan sürücülük imtahanında isə 50-150 manat arası rüşvət verilməli olduğu deyilir. Bildirilir ki. vəsiqənin qısa müddətdə, bir neçə günə alınması isə 50-10 manat arası "şirinliyə" başa gəlir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \ Bolgexeber.com \

Geri qayıt