Əsas Səhifə > Cəmiyyət > İŞ ADAMI HƏYƏCAN TƏBİLİ ÇALDI

İŞ ADAMI HƏYƏCAN TƏBİLİ ÇALDI


16-08-2012, 13:05
İŞ ADAMI HƏYƏCAN TƏBİLİ ÇALDI

ZÜLFÜQARLILARIN ZAVODUNA BASQIN HAZIRLANIR

Loğman və Nurəddin Zülfüqarlı qardaşlarına məxsus daha bir zavoda hücum gözlənilir.

Bu gün onların 7-ci mikrorayonda yerləşən metal zavoduna “Baku Steel Company”nin nümayəndəsi Rasim Məmmədovun adamları basqın edəcəklər. Bu barədə musavat.com-a Rövşən Zülfüqarlı məlumat verib.

Onun sözlərinə görə, artıq Daxili İşlər Nazirliyinə və 102 xidmətinə xəbər verib. R.Zülfüqarlı “qoçu dəstəsinin” gələcəyindən xəbərdar olunduqlarını söylədi. Qeyd edək ki, bir gün öncə-avqustun 25-də Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsində yerləşən “Birlik MMC” özəl metal zavoduna da bir qrup idmançı dəstə hücum edib. Qeyd edək ki, bu olay birinci deyil və Rasim Məmmədovun Zülfüqarlı qardaşlarına məxsus özəl müəssisəyə növbəti basqınlarından biridir. Bundan əvvəl də Zülfüqarlı qardaşlarının iki zavodu oxşar hücama məruz qalmışdı. 2005-ci ildə isə ümumiyyətlə, qardaşların BakuElektroştamp və Poladtökmə zavodları onların əlindən alınmışdı.

Geri qayıt