Əsas Səhifə > Siyasət, Manşet > İQTİDAR ELÇİBƏYİN DAHA BİR KADRINI YOLA SALIR
İQTİDAR ELÇİBƏYİN DAHA BİR KADRINI YOLA SALIR16-08-2012, 12:50 |
CAVİD QURBANOV HAQQINDA ƏKSƏRİYYƏTİN BİLMƏDİYİ ŞOK FAKTLAR DİA.AZ: - Kimdir Cavid Qurbanov? Nəqliyyat Nazirliyinin “Azəravtoyol” departamentinin rəhbəri vəzifəsinə necə təyin edilmişdir? Əgər xatırlayırsınızsa, mərhum prezident Heydər Əliyev 1994-cü il 15 noyabr tarixli fərmanı ilə onu vəzifəsindən uzaqlaşdırmışdı. Fərmanda yazılırdı: “ Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə AzərbaycanRespublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.” Bütün sivil ölkələrdə prezidentin bu qərarından sonra həmin şəxs vəzifə üzünə əbədi həsrət qalır. Çünki vəzifə səlahiyyətlərindən istifadə etmək məmur etikasından kənar bir haldır. Lakin Cavid Qurbanov qayıtdı. O,vəzifə kürsüsünə o zaman qayıtdı ki, artıq Heydər Əliyevin səhhətində problemlər vardı və o, müalicə olunurdu. Belə bir zaman kəsiyində Ziya Məmmədov prezidentin fərmanını bir kənara qoyaraq Cavid Qurbanovu yenidən vəzifəyə qaytardı və onu departament rəisi vəzifəsinə təyin etdi. Ziya Məmmədovla Cavid Qurbanovu illərin dostluğu bağlayırdı. Bu, elə bir dostluq idi ki, prezident fərmanından da ona üstün idi. Ziya Məmmədov DDY idarəsinin rəisi vəzifəsində çalışdığı zaman onu işə götürmüş, mühüm vəzifələrdən birini ona həvalə etmişdir. C.Qurbanovun bu vəzifəyə təyini Prezident Aparatında hamını çaşdırmışdı. Bir məqamı qeyd edək ki,istər Cavid Qurbanov, istərsə də onun arası Qəmbər Qurbanov Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək məmur statusu almışlar. Qəmbər Qurbanov 4 aprel 1993-cü il tarixində Elçibəyin fərmanı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edilmişdir. Qəmbər Qurbanovun fəaliyyəti isə Heydər Əliyevin xoşuna gəlmirmiş. Əgər belə olmasaydı, Heydər Əliyev prezident seçildikdən sonra Qəmbər Qurbanov tutduğu vəzifədən prezidentin fərmanı ilə azad edilməzdi. Cavid Qurbanov da “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsinə məhz Elçibəyin hakimiyyəti illərində keçmişdi. Bu vəzifələrə mənsub olan ailənin Elçibəyə yaxın adamlar olması artıq danılmaz faktdır. Deməli, Cavid Qurbanov Elçibəyin yetirməsidir. Doğrudur burada bir qəbahət yoxdur. Amma fakt faktlığında qalır. Qeyd edək ki, Cavid Qurbanovla bağlı bu bilgiləri təsadüfən açıqlamadıq. Elçibəyin keçmiş kadrı olan bu oliqarx-məmur bu gün hətta hakimiyyətiçi oyunların belə “qəhrəmanına” çevriləcək həddə qədər şişib. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində aydın olur ki, onun rəhbərlik etdiyi qurum hələ 2005-ci ildə əsaslı şəkildə təmir edilmişdir. Onun özünəməxsus geniş biznes şəbəkəsi vardır. Cavid Qurbanovun Bakının müxtəlif yerlərində gözqamaşdırıcı villaları vardır. “Vişnyovka” adı ilə məşhur olan ərazidə Cavid Qurbanova məxsus villa demək olar ki, bütün məmur villalarından seçilir. Bu barədə danışan mənbə bildirir ki, Cavid Qurbanova məxsus villalardan biri də varlılar məkanı kimi tanınan Badamdar qəsəbəsində yerləşir. Onun gəlir gətirən obyektlərindən biri “Fidan” restoranıdır. Əvvəllər bura şadlıq sarayı idi. İndi isə onun həyətində kiçik evciklər də peyda olub. Deyilənə görə həmin obyekti o, Ziya Məmmədovla şərikinə işlədir. Qeyd edək ki, bu, onların ilk şərikli biznesləri deyil. Məlumata görə, Cavid Qrubanovun başçılıq etdiyi şirkət astar və üzlük alçıları, daş, mərmər piltələr, əsaslı, kosmetik təmir üçün lazım olan tikinti materialları istehsal edilir. Cavid Qurbanovun obyektlərindən biri isə Binəqədi rayonunda yerləşir. Məlumatlardan o da aydın olur ki, Elçibəyin kadrı hesab olunan Cavid Qurbanovun YAP iqtidarındakı dönəmi başa çatmaq üzərədir. Çünki artıq ASC prezidenti onu hər zaman hifz edən Ziya Məmmədova asi olub. Bu barədə yaxın günlərdə çox ilginc faktları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin... Geri qayıt |