Əsas Səhifə > Gündəm, Manşet > VAQİF AXUNDOV İNTRİQALARA GÖRƏ DANLANILIB

VAQİF AXUNDOV İNTRİQALARA GÖRƏ DANLANILIB


16-08-2012, 12:37
VAQİF AXUNDOV İNTRİQALARA GÖRƏ DANLANILIB

XDMX RƏİSİNİN SEPARAT FƏALİYYƏTİ ONUN ÖZÜNÜ HƏDƏFƏ ÇEVİRDİ

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyət içində generallar arasında bir gərginlik yaşanmaqdadır. Söhbət Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla general Bəylər Əyyubov arasında cərəyan edən olaylardan gedir. Bildirək ki, XDMX-nin rəis müavini postunu tutan Bəylər Əyyubov eyni zamanda prezidentin mühafizə idarəsinin rəhbəridir.

Mətbuatda yer alan informasiyalardan belə aydın olur ki, bir müddət əvvəl XDMX daxilində Milli Təhlükəsizlik Nazirliyinin «şpionu» axtarışına çıxan Vaqif Axundovun əslində əsas qorxusu rəhbəri olduğu qurumun ləğv edilərək MTN-nə birləşdirilməsi planları ilə bağlıdır. Və bu səbəbdən MTN rəhbərliyinə qarşı gizli cəbhə açan XDMX şefi özünün bu yöndəki fəaliyyətini nədənsə Bəylər Əyyubovun ayağına yazmağa çalışır.

Əslində Vaqif Axundovun buradakı təşəbbüsləri anlaşılandır. Bu yolla o, hədəf olmaqdan yayınmağı və Bəylər Əyyubovla Eldar Mahmudovu üz-üzə qoymağı məqsəd edib. Amma alınmayıb. Hətta onun bir neçə ay əvvəl «MTN-nin agenti» kimi işindən qovduğu iki sabiq işçisinə yardım edən hüquq-müdafiəçilərindən birinin nümayişkaranə şəkildə bütün bu əməllərdə Bəylər Əyyubovu suçlaması belə məsələnin fərqli - yanlış istiqamətə yön almasına nədən ola bilmədi.

Bununla əlaqədar DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, iqtidarın nüfuzlu simalarınai qarşı separat fəaliyyətlə məşğul olan və hətta bu yöndəki fəaliyyətilə ümumiqtidar maraqlarını belə təhlükə altına atan Vaqif Axundovun özü əsas hədəfə çevrilib. Məlumatı verən mənbəmiz iddia edir ki, general bir neçə gün əvvəl bu kimi əməlləri səbəbindən «yuxarılar» tərəfindən sorğu-sual edilib və hətta ona xəbərdarlıq da olunub.

Mənbəmizin söylədikləri: «Hər halda Vaqif Axundovun bu məsələ ilə bağlı «silis»ə çəkilməsi belə deməyə əsas yaradır ki, artıq o, özünə olan etimadı itirib. Bu qaydada isə hansısa məmurun karyera ömrü uzun çəkə bilməz. Çox güman yaxın zamanlarda XDMX rəisi ilə bağlı yeniliyi eşidə biləcəyik».

Geri qayıt