Əsas Səhifə > Sosial, Manşet > “KAMAZ” SÜRÜCÜSÜ BAŞÇINI NECƏ ƏLƏ ALIB?

“KAMAZ” SÜRÜCÜSÜ BAŞÇINI NECƏ ƏLƏ ALIB?


16-08-2012, 11:55
“KAMAZ” SÜRÜCÜSÜ BAŞÇINI NECƏ ƏLƏ ALIB?

BEYLƏQANDA DÖVLƏT QANUNSUZ TİKİNTİNİN QARŞISINDA ACİZ QALIB

DİA.AZ: - Beyləqan şəhərinin Təbriz küçəsi 2-də yerləşən 4 mərtəbəli binanın ətrafında uşaqların istirahəti üçün park kimi nəzərdə tutulan torpaq sahəsində qanunsuz tikinti işləri davam etdirilir. DİA.AZ bildirir ki, bu barədə gozetci.az portalına Beyləqan sakinləri məlumat verib.

Sakinlərin dediyinə görə, həmin torpaq sahəsinin Beyləqan şəhər Bələdiyyəsinin sədri Bakir Balakişiyev tərəfindən kommersiya obyektlərinin tikilməsi üçün müxtəlif iş adamlarına satılması ilə bağlı iyulun 21-də Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət göndəriblər. Avqustun 2-də Beyləqan Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş memarı Əli Vəliyev sakinlərə ünvanladığı məktubda bildirib ki, ərazi binanın mühafizə zolağı olduğu üçün orada aparılan tikinti işlərinə Beylaqan Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməyib və tikinti işləri dayandırılıb.

Sakinlər onu da bildirdilər ki, bütün bunlara baxmayaraq həmin binada yaşayan və "KamAZ" sürücüsü olan İlqar Əliyev bir neçə gün öncə öz evinin qarşısındakı ərazidə tikinti işlərinə başlayib: "Ehtimal edilir ki, kimlərsə İlqar Əliyevə tapşırıb ki, evinin qarşısındakı torpaq sahəsində tikinti tiksin və bununlada orada torpaq alan digər iş adamlarının tikinti işləri aparması üçün zəmin yaransın".

Sakinlər məsələ ilə bağlı Beyləqan şəhər icra nümayəndəsi Ariz Asdanovla əlaqə saxlayaraq onu həmin əraziyə çağırsalar da, o gəlməyib. Saklinlər həmin ərazidə tikinti işlərinin dayandırılması üçün orada tikinti işlərinə icazə verilmədiyini və tikintinin dayandırıldığını bildirən Beyləqan RİH-nin Memarlıq və Tikinti Şöbəsinin baş memarı Əli Vəliyevi və bələdiyyə sədri Bakir Balakişiyev axtarsalar da, onları tapa bilməyiblər.

Bələdiyyə üzvü Tofiq Hümbətov isə sakinlərlə söhbət zamanı həmin ərazinin bələdiyyə tərəfindən orada tikinti işləri aparan şəxslərə verildiyini deyib.

Yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənməyə hazırıq.
“KAMAZ” SÜRÜCÜSÜ BAŞÇINI NECƏ ƏLƏ ALIB?
“KAMAZ” SÜRÜCÜSÜ BAŞÇINI NECƏ ƏLƏ ALIB?


Geri qayıt