Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏ YENİ GƏRİLMƏ OCAQLARI
HAKİMİYYƏT İÇİNDƏ YENİ GƏRİLMƏ OCAQLARI16-08-2012, 11:24 |
2013-CÜ İL SEÇKİLƏRİ İÇ QRUPLAŞMALARI HƏRƏKƏTƏ KEÇMƏYƏ VADAR EDİB DİA.AZ: - Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərin ədalətli və yaxud da ədalətsiz olmasından asılı olmayaraq, istənilən halda 2013-cü il Azərbaycan üçün dəyişikliklər ili kimi xarakterizə olunmaqdadır. Artıq bu yöndə bir sıra qərbli analitiklərin bir-birinin ardından açıqlamalar verməsi və proqnozlarında daha çox hakim düşərgənin daxilində məxməri inqilabın baş verəcəyini anons etmələri də göstərir ki, bu ilin dekabrın 31-dən sonrakı müddət gərginlik dolu müstəvidə cərəyan edən olaylarla zəngin olacaq. Elə əslində iqtidar daxilində indidən müşahidə olunan təlaşdan da bunu hiss etmək mümkündür. DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar xüsusi olaraq fəallaşan hakimiyyətdaxili qruplaşmalar 2013-cü ildə ya az itki verməyi, ya da ümumiyyətlə itki verməməyi planlaşdırırlar. Kimdir onlar? Məlumatlı mənbənin iddialarından belə aydın olur ki, seçki ilinə xüsusi tədarük görən 4 əsas qruplaşma var. Həmin qruplaşmalardan birinə təbii ki, zaman-zaman «hakimiyyətin ən səlahiyyətli fiquru» kimi təqdim olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanmaqdadır. PA rəhbərinin qruplaşmasında isə çox ciddi iqtidar simaları təmsil olunsa da, bu daxili ittifaq digərləri ilə müqayisədə bir sıra məqamlarda geridə qalırlar. Məsələn, bu gün ümumiqtidar maraqlarına aid layihələrin eskizi PA-da cızılsa da, bu eskizi «canlandıran» maliyyə digər qruplaşmaların nəzarəti altında olan ümumi maliyyə qaynaqları hesabına təmin olunur. Yəni kəsə dillə desək, pul Ramiz Mehdiyevdən daha çox, rəqiblərinin nəzarəti altındadır. Mehdiyevlə və onun tifaqı ilə müqayisədə böyük maddi imkanlara malik olan Kəmaləddin Heydərovun çetesi və həmçinin özlərini «prezident komandası» kimi təqdim edən «Rövnəq Abdullayev-Eldar Mahmudov-Oqtay Əsədov üçlüyünün birliyi hadisələrə təsir imkanı baxımından bu günə kimi daha çox proseslərin ardından gəlməli olublar. Amma gələnilki seçkilərdə vəziyyət tamam fərqli bir xarakter ala bilər. Ən azından ona görə ki, Ramiz Mehdiyevin şəbəkəsi son bir il ərzində çox ciddi zərbə aldı. Hakimiyyət içindəki mənbəmizin iddialarına görə, hətta bu ilin 1 mart tarixində Qubada icra başçısına qarşı baş qaldıran üsyan da PA-nın aktivinə mənfi mahiyyətlə yazılan bir hadisə kimi qeyd olunmaqdadır: «Hər halda, PA bu gün yerlərdəki ictimai-siyasi vəziyyətə nəzarət edən əsas qurumdur. Hətta hər hansı bir oliqarx-məmurun məlum proseslərə müdaxiləsi belə PA-nın Qubadakı gərginlikdə iştiraksızlığını və bununla da üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsini ortaya qoymuş oldu. Bu səbəbdən hətta Quba olaylarında PA-nın özünün maraqlı olması fikri də səsləndi». Məhz bu və digər səbəblərdən Mehdiyev qruplaşmasının ciddi mövqe sarsıntısına uğradığını bildirən mənbəmizin sözlərindən belə aydın olur ki, 2013-cü ildə sözügedən qruplaşma ən çox itkiyə məruz qalanı olacaq. Amma onlar bununla barışacaqmı və yaxud da bu aqibətin baş verməsini susaraq gözləyəcəklərmi? Hər halda, indidən seziləni odur ki, XEYR! Bu isə gələn ilin sözün əsl mənasında gərgin keçəcəyindən xəbər verir. Hətta ümumiqtidar düşərgəsinin ümumi alternativi kimi özünü təqdim edən siyasi müxalifətin əl-qolunu yanına salacağı şəraitdə belə… Geri qayıt |