Əsas Səhifə > Hadisə > ŞTROSSERİ AZƏRBAYCANA RƏSMƏN BURAXMADILAR

ŞTROSSERİ AZƏRBAYCANA RƏSMƏN BURAXMADILAR


28-10-2011, 15:00
ŞTROSSERİ AZƏRBAYCANA RƏSMƏN BURAXMADILAR

“O, NÖVBƏTİ HƏFTƏ AZƏRBAYCANA GƏLMƏYİ PLANLAŞDIRIRDI”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrosserin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə APA-ya K. Ştrosserin ofisindən məlumat verilib. Ofisdən bildirilib ki, viza məsələsi həllini tapmadığından məruzəçi səfərini təxirə salmalı olub.

“Ştrosser növbəti həftə Azərbaycana gəlməyi planlaşdırırdı. Viza almaq üçün lazımi sənədlər Azərbaycanın Almaniyadakı səfirliyinə təqdim edilsə də, gözlədiyimiz müddətdə cavab ala bilmədik. Bu səbəbdən Ştrosser səfərini təxirə salmaq məcburiyyətində qaldı”, - deyə ofisdən bildirilib.

Məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə APA-ya bildirib ki, Azərbaycan məruzəçinin bu mandatda ölkəmizə səfər etməsini ədalətsiz və qəbuledilməz sayır: “Avropa Şurasında “siyasi məhbus” anlayışı dəqiq təyin olunmayıb. O ki qaldı Ştrosserin Bakıya səfər etməsinə, onun adi Almaniya vətəndaşı, yaxud Bundestaqın deputatı kimi Azərbaycana gəlməsinə keç bir etiraz yoxdur”.

Qeyd edək ki, K. Ştrosserin Azərbaycana noyabrın 4-də səfər edəcəyi barədə məlumat açıqlanıb.


Geri qayıt