Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI XƏSTƏXANA ÜÇÜN PUL YIĞIR
İCRA BAŞÇISI XƏSTƏXANA ÜÇÜN PUL YIĞIR15-08-2012, 12:45 |
TALEH QARAŞOV TƏMİRƏ TƏLƏB OLUNAN 500 MİN MANATI TOPLAYA BİLƏCƏKMİ? DİA.AZ: - Bu günlərdə əlavə olaraq rayondakı abadlıq işləri və həmçinin rayon xəstəxanasının əsaslı təmiri üçün büdcədən əlavə olaraq milyonlarla vəsait almağa müvəffəq olan Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bütün bunlara rəğmən yenidən pul toplamağa başlayıb. Bu barədə məlumatı DİA.AZ-a rayondakı qaynaqlar ötürüb. Mötəbər mənbənin bildirdiklərinə görə, icra başçısı bu həftənin birinci günü yerli idarə və müəssisə rəhbərlərini yığaraq, onlara əlavə haqq qoyub. Mənbə bildirir: «Başçı hər bir idarə müdirindən rəhbəri olduğu qurumun miqyasına və profilinə uyğun olaraq 2-4 min manat arası pul tələb edib. Təxminən 500 min manatlıq pulun yığılması planlaşdırılır». Mənbəmiz iddia edir ki, əslində həmin vəsait Lənkəran rayon mərkəzi xəstəxanasının təmiri üçün nəzərdə tutulub: «Elan etsələr də, büdcədən bu məqsədlə bir qəpik də ayrılmayıb. Hətta səhiyyə nazirliyinə yerli icra strukturlarından dəfələrlə edilən müraciətlərin də nəticəsi olmayıb. Amma «yuxarıdan» işin dayandırılmaması barədə qəti göstəriş verildiyindən Taleh Qaraşov da tələb olunan vəsaiti «yerli qaynaqlar» hesabına formalaşdırmalı olub». Geri qayıt |