Əsas Səhifə > Siyasət, Manşet > NƏQLİYYAT NAZİRLİYİNDƏ ƏLBƏYAXA DAVA
NƏQLİYYAT NAZİRLİYİNDƏ ƏLBƏYAXA DAVA15-08-2012, 12:24 |
NÖMRƏSİ AÇILAN SÜRÜCÜ NN MÜFƏTTİŞİNİ QANINA QƏLTAN EDİB DİA.AZ: - Keçən həftə nəqliyyat nazirliyində baş verən bir insident nədənsə həm hüquq-mühafizə orqanlarından və həm də ictimaiyyətdən gizli tutulub. Bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, həftənin cümə günü nazirlikdə maşınının nömrəsi açılmış sürücü ilə NN müfəttişlərindən biri arasında əlbəyaxa davanın baş verdiyi söylənilir. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, nazirliyin müfəttişləri metronun «20 Yanvar» stansiyasının yaxınlığında ənənəvi qaydada reydə çıxıbmışlar və bu zaman sıradan hesab etdikləri maşınlardan birinin «London takksiləri» üçün nəzərdə tutulan ərazidə saxlanmasının şahidi olublar. Mənbənin söylədikləri: «Onlar həmin maşının içində kimsənin olmadığını görüb, dövlət nömrə nişanını açaraq özləri ilə aparıblar. Sonradan aydın olub ki, həmin maşın Prezident Administrasiyasında çalışan məmurlardan birinin uşaqları üçün ayırdığı avtomobil olub və sürücü bir neçə dəqiqəlik maşınından ayrılıbmış». Mənbəmiz iddia edir ki, maşınının nömrəsinin açıldığını görən sürücü dərhal patronu ilə əlaqə saxlayıb və PA işçisi qəzəbli şəkildə ona dərhal nömrə nişanının arxasınca getməsi barədə göstəriş verib: «Əsəbi şəkildə NN-ə daxil olan sürücü dövlət nömrə nişanını açan müfəttişlə nazirliyin binasıda mübahisə etdikdən sonra onunla əlbəyaxa dalaşmalı olub və qolunun zoruna, həmçinin arxasında dayanan şəxsin mənsəbinə güvənərək dövlət məmurunu kabinetindəcə əzişdirib». Hər halda, bu günə kimi döyən tərəfdə nəqliyyat müfəttişlərinin olması səbəbindən bu məlumatımız kimlərisə sevindirə də bilər. Amma ilginc olanı odur ki, nazirlik döyülmüş əməkdaşını əzişdirən şəxsin cəzalandırılmasını tələb edəcək cəsarətdə olmayıb. Geri qayıt |