Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: BAYILDAKI ŞƏXSİ EVLƏRƏ BİRƏ HÜCUMU

ŞOK: BAYILDAKI ŞƏXSİ EVLƏRƏ BİRƏ HÜCUMU


14-08-2012, 16:14
ŞOK: BAYILDAKI ŞƏXSİ EVLƏRƏ BİRƏ HÜCUMU

HÖKUMƏTİN PLANSIZ İŞİ ƏHALİNİ ÇƏTİN DURUMA SALIB

DİA.AZ: - В«Avroviziya-2012В» yarışmasına tədarük dövründə böyük zülmlər çəkən Səbayel rayonu Bayıl qəsəbəsinin sakinləri indi də yeni problemlə üzləşiblər. Bu barədə DİA.AZ-a Dövlət Bayraq Meydanı ilə üzbəüz binada yaşayan sakinlər məlumat verib.

Xatırladaq ki, neçə gündür Bayıl qəsəbəsinin sakinləri axşam saatlarında evlərinə təbii qazın verilməsində yaradılan problemdən şikaytəçi idilər. Və hələ də sözügedən problem qalmaqdadır.

Bu dəfə isə sakinləri narahat edən məsələ evlərinə bit-birələrin hücum etməsi faktıdır. Redaksiyamıza müraciət edən Bayraq Meydanı ilə üzbəüz binanın sakinləri bildirirlər ki, onların evləri plana salınsa da, hələ də alqı-satqı edilmədiyindən evlərində yaşayırlar: В«Amma ətrafdakı binanın əhalisi köçürülüb və həmin binada inşaat işləri gedir. Başdan-ayağa natəmizlik şəraitində inşaat işlərinin aparılması ətrafda epidemiya təhlükəsi yaradıbВ».

Sakinlər bildirir ki, onların dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də səslərini eşidən yoxdur: ««AvroviziyaВ» yarışması boyunca zülm verdilər, indi yenə də həyatımızı işgəncəyə döndəriblər. Natəmizlikdən evlərimizi bit-birə bürüyüb. Ətraf üfunət qoxuyur. Sanki zibilxana içində yaşayırıq. Kimə şikayət edəcəyimizi də bilmirikВ».

Sakinlər onu da bildirdilər ki, yaşadıqları təhlükə ilə bağlı əgər tədbir görülməsə, Prezident Administrasiyasına yürüş edəcəklər.

Geri qayıt