Əsas Səhifə > Cəmiyyət > İBRAHİMBƏYOVUN TƏŞKİLATI CORAB İPİ KİMİ SÖKÜLÜR

İBRAHİMBƏYOVUN TƏŞKİLATI CORAB İPİ KİMİ SÖKÜLÜR


14-08-2012, 14:36
İBRAHİMBƏYOVUN TƏŞKİLATI CORAB İPİ KİMİ SÖKÜLÜR

DAHA BİR DƏSTƏ GETDİ

Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk edib.

Onlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

ARKİ-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həmin şəxslər aktrisa, xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva, rejissor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyev, əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Yaqub Məmmədov, rejissor Mikayıl Nəsirov, səs operatoru Firudin Hüseynov, rejissor Vasif Məmmədzadə, əməkdar mədəniyyət işçisi Elman Əliyev, icraçı prodüser Sahib Heybətovdur.

Geri qayıt