Əsas Səhifə > Ölkə, Manşet > RƏSUL QULİYEV YENİ BİR ŞOUYA START VERƏCƏK
RƏSUL QULİYEV YENİ BİR ŞOUYA START VERƏCƏK14-08-2012, 14:29 |
ACP LİDERİ AZƏRBAYCANA YAXIN YERƏ KÖÇÜR DİA.AZ: - Hazırda Amerikada yaşayıb, Azərbaycanda siyasi fəaliyyət göstərdiyini iddia edən keçmiş parlament sədri Rəsul Quliyev 2005-ci ildə həyata keçirdiyi «gəlirəm» şousu ilə iki naziri və onlarla məmuru məhbəsə yollamaqla yanaşı, həmçinin ümummüxalifət düşərgəsinin mövqelərinə də ciddi zərbə vurmağı bacardı. Elə buna görə də məlum hadisələrin ardından gələn ekspert açıqlamalarının əksəriyyətində Açıq Cəmiyyət Partiyası sədrinin əslində bu yolla hakimiyyətin əlinə oynaması fikri daha çox yer aldı. Ki, bu yumşaq ifadə bəzən «Rəsul Quliyev hakimiyyətin elə öz adamıdır» fikri ilə də əvəzləndi. Deyəsən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi, sabiq səhiyyə naziri Əli İnsanovu və digərlərini məhbəsə yollayan bir yolun yolçuluğunu etmiş Rəsul Quliyev hələ də etdiklərinə qane olmayıb. Bununla bağlı DİA.AZ-a müxalifətdəki qaynaqlardan ötürülən informasiyadan da aydın olur ki, ACP lideri daha bir siyasi şouya başlamaq fikrindədir. Məlumatı verən qaynaq bildirir ki, bu dəfə «vətənə dönürəm» kimi absurd bir projenin təkrarlanması gözlənilməsə də, buna bənzər bir prosesin həyata keçirilməsi planlaşdırılır. Məlumatlardan aydın olur ki, Rəsul Quliyev 2013-cü il prezident seçkiləri ərəfəsində keçmiş sovet ölkələrinin birində qərarlaşmaq fikrindədir: «Yəni belə bir addımı atmaqla yeni bir siyasi şou düzənləmək istəyən Rəsul Quliyev seçki ilində ya Gürcüstanda, ya da Ukraynada qalmağı planlaşdırır. Amma hər iki ölkənin rəhbərliyinin rəsmi Bakı ilə olan gözəl münasibətləri ACP liderinin planlarını alt-üst edə bilər. Yəni Rəsul Quliyev bu yolla çalışacaq ki, şou yaratsın və guya ki, Azərbaycana daha da yaxın olması barədə təəssürat formalaşdırsın. Amma seçdiyi hər iki ölkənin rəhbərliyi anındaca onu həbs edərək Azərbaycana təhvil verə bilər. Və bu ehtimalın həddən artıq yüksək olması ACP liderinin yeni şousunun onun üçün faciəli sonluqla bitməsinə nədən ola bilər». Geri qayıt |