Əsas Səhifə > Gündəm, Manşet > AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRƏ «YOX» DEDİ

AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRƏ «YOX» DEDİ


14-08-2012, 12:47
AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRƏ «YOX» DEDİ

SURƏT HÜSEYNOV NƏDƏN EKS-PREZİDENTDƏN SİYASİ DƏSTƏK İSTƏMƏLİ OLDU?

DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra Azərbaycanda yaşama hüququ əldə edən keçmiş dövlət başçısı Ayaz Mütəllibovla bağlı maraqlı bir məlumat əldə etmişik. Sabiq prezidentə yaxın şəxslərdən birinin DİA.AZ-a söylədiklərindən belə məlum olur ki, iki gün əvvəl Ayaz Mütəllibovla keçmiş baş nazir Surət Hüseynov Bakıda görüşüblər. Görüşün yola saldığımız bazar günü baş tutduğu bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Ayaz Mütəllibovun Gəncəyə getməyə hazırlaşdığı barədə xəbər yaymışdıq. Və bu məlumatımız böyük rezonansa yaratmışdı. İndii isə aydın olur ki, Ayaz Mütəllibovla Surət Hüseynov Gəncədə deyil, Bakıda görüşəsi olublar.

Mənbəmizin sözlərinə görə, Surət Hüseynov görüş zamanı Ayaz Mütəllibova böyük simpatiyasının olduğunu bildirib: «Keçmiş baş nazir Ayaz Mütəllibova xitabən «Siz böyüksünüz, mən sizin ayağınıza gəlməliyəm» deyib. Daha sonra onlar keçmişdə olan hadisələrlə bağlı danışıblar».

Mənbəmiz onu da bildirdi ki, Surət Hüseynov Ayaz Mütəllibova yeni siyasi təşkilat yaratmaq fikrini açıqlamaqla yanaşı, onu da yaradacağı təşkilatın başında gördüyünü bildirib: «Amma Ayaz Mütəllibov keçmiş baş nazirin bu təklifinə rədd cavabı verərək, siyasətlə birdəfəlik qurtardığını söyləyib. Lakin ümid yeri də qoyubğ. Və bildirib ki, adamlarına ona dəstək verməsi üçün müraciət edə bilər».

Qeyd edək ki, Surət Hüseynovun qarşıdan gələn prezident seçkiləri ərəfəsində fəallaşacağı və həttya yeni siyasi təşkilat yaradaraq meydana atılacağı haqda məlumatlar yayılıb.

Geri qayıt