Əsas Səhifə > Cəmiyyət > GÖR, NƏ GÜNDƏYİK...
GÖR, NƏ GÜNDƏYİK...28-10-2011, 12:58 |
NAZİR DEYİR Kİ, 200 MİNDƏN ÇOX MÜƏLLİM TƏKMİLLƏŞMƏLİDİR Azərbaycan Müəllimlər İnstitutunda Təhsil Naziliyinin təşkilatçılığı ilə “Müəllim hazırlığının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda müəllim hazırlığı sahəsində yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, əldə edilmiş uğurlar və bu sahədə dünya təcrübəsində əldə edilmiş nailiyyətlərdən istifadə problemləri müzakirə olunur. Konfransa Fransanın, Pakistanın, Gürcüstanın, Rusiyanın, Belarus, Ukraynanın, Türkiyənin, Misirin tanınmış elm adamları, alimləri qatılıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iki gün ərzində keçiriləcək konfransda müəllim hazırlığı, müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi ilə bağlı müasir tendensiyalar, problemlər araşdırılacaq və gələcək perspektivlər müəyyənləşdiriləcək: “Bu, çox vacib bir tədbirdir. Çünki bu gün Azərbaycanda işləyən 200 mindən çox müəllimin təkmilləşməsinə, yenidən hazırlanmasına çox böyük ehtiyac var. Ən əsası odur ki, biz bu işi hansı yolla aparmalıyıq. Biz digər dövlətlərin təcrübəsi ilə tanış olub, Azərbaycanın mentalitetinə və təhsil ənənələrinə uyğun bir sistem qurmaq fikrindəyik. Hər il Azərbaycanın ali məktəblərini on minlərlə müəllim qurtarır. Bu müəllimlər Azərbaycanın bölgələrinə, rayonlarına işləməyə göndərilir. Onların hazırlığı da bizim diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə də konfransda fikir mübadiləsi aparılacaq”. M. Mərdanov qeyd edib ki, ölkədə müəllim hazırlılğı ilə bağlı çoxlu işlərin görülməsinə ehtiyac var: “Ölkə prezidentinin rəhbərliyi ilə bu sahədə çox ciddi adddımlar atılıb. Son illərdə ibtidai sinif müəllimlərinin hazırlığı ilə bağlı çox ciddi işlər görülüb. Təhsilin həmin pilləsinin dövlət standartları, kurrikulumları və yeni fənləri hazırlanıb qəbul olunub. 4 ildir biz pilot olaraq seçilmiş 3 universitetdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Universitetində bununla bağlı iş aparırırq. Dünyada bu sahədə təcrübəni öyrənmək üçün ekspertləri ezam eləmişik. Ölkədə bununla bağlı “Təhsilin əsasları” adlı yeni elektron dərs vəsaitləri hazırlanıb. Hazırda ekspertlər bu dərsliyi qiymətləndirməklə məşğuldurlar. Gələn dərs ilinin əvvəlindən bu vəsaitdən dərslik kimi istifadə ediləcək”. Geri qayıt |