Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOV RƏQİBLƏRİNƏ MEYDAN OXUYUB

ZİYA MƏMMƏDOV RƏQİBLƏRİNƏ MEYDAN OXUYUB


14-08-2012, 12:33
ZİYA MƏMMƏDOV RƏQİBLƏRİNƏ MEYDAN OXUYUB

NN ŞEFİ ADAMLARINA «HAMINI PULLA SATIN ALARAM» İSMARICINI VERİB

DİA.AZ: - Neçə müddətdir mətbuatda yer alan informasiyalardan belə aydın olur ki, nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən alınması üçün konkret bir qruplaşma formalaşıb. Həmin qruplaşmanın NN şefi postuna namizədinin isə dünənə qədər Ziya Məmmədovun adamı kimi tanınan və hazırda «Azəravtoyolservis» ASC-nin prezidenti postunu tutan deputat Cavid Qurbanovun olduğu söylənilir.

Yerli qəzetlərdə yer alan informasiyalardan belə aydın olur ki, Cavid Qurbanovun nəqliyyat naziri vəzifəsinə gətirilməsi üçün hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubov da qollarını çırmayıblar. Yəni hər iki fiqur Ziya Məmmədova əks olan cəbhədə qərar tutublar.

Bununla əlaqədar redaksiyamızı bilgiləndirən mötəbər mənbə isə iddia edir ki, Ziya Məmmədov ünvanına edilən hücumların qarşılığında heç də qollarını yanına salıb durmaq fikrində deyil. Mənbəmizin sözlərinə görə, dünən axşam saatlarında Bakıdakı restoranların birində Ziya Məmmədova yaxın şəxslər bir məclisdə iştirak ediblər və həmin məclisdə Cavid Qurbanovun nazir postuna gətirilməsi müzakirə olunub.

Mənbəmizin söylədikləri: «Doğrudur, Ziya Məmmədov həmin məclisdə iştirak etməyib. Amma ona yaxın şəxslərdən biri nazirin ismarıcını bütün məclis iştirakçılarına çatdırıb. Nazir bildirib ki, kimsə ona bata bilməz. Hətta kimlərinsə (çox güman Kəmaləddin Heydərovla Bəylər Əyyubov nəzərdə tutulur -red.) ittifaqı belə onun mövqelərini təhlükə altına atmaq gücündə deyil».

Mənbəmiz bir maraqlı məqamı da açıqlayıb. Bildirib ki, Ziya Məmmədovun adından məclis iştirakçılarına «hamını pula satın alaram» şəklində bir arxayınçılıq mesajı da verilib. Yəni buradan belə çıxır ki, özünün kifayət qədər imkanlı olmasına güvənən Ziya Məmmədov maddi gücü ilə bütün səddləri aşa biləcəyi fikrindədir. Amma bunun belə olmadığını çox yaxın tarix də göstərdi. Nə 200 milyard dolları olan Qəddafi yaxasını qurtara bildi, nə də milyardları olan keçmiş səhiyyə nazirimiz Əli İnsanov qızıllarının gücünə həbsdən xilas oldu.

Geri qayıt