Əsas Səhifə > Gündəm, Manşet > AĞDAMDA YENİ PULTOPLAMA KAMPANİYASI

AĞDAMDA YENİ PULTOPLAMA KAMPANİYASI


14-08-2012, 11:01
AĞDAMDA YENİ PULTOPLAMA KAMPANİYASI

İCRA BAŞÇISI AŞKAR SURƏTDƏ YERLİ İDARƏ MÜDİRLƏRİNƏ HAQQ QOYUB

DİA.AZ: - Redaksiyamıza bir qrup Ağdam rayon sakini adından müraciət daxil olub. DİA.AZ-a göndərilən həmin müraciətdə icra başçısı Nizami Sadıqovun yeni pul toplama kampaniyasına başıamasından və bunun da yerli sakinlərin qəzəbinə səbəb olmasından danışılır. Müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Ölkə prezdenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, korrupsiya və rüşvət cəmiyyətimizin ağır bəlasıdır və bu bəladan qurtulmaq üçün hər bir vətəndaş bizə dəstək olmalıdır. Biz də cənab prezidentimizə dəstək olmaq üçün, əlimdə olan faktı mətbuata təqdim edirik.

Ötən həftənin 6 - cı günü, yəni avqustun 11 – də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov ölkə prezidentinin korrupsiya və rüşvətlə mübarizə aparmaqla bağlı çağırışına məhəl qoymayaraq, istirahət günü idarə, müəssisə və təşkilatların rəhbərlərini İH-nin aparatına çağıraraq, fövqəlada toplantı keçirmişdir. O, bütün məmurlara ciddi şəkildə tapşırıb ki, ölkə prezidentinin tapşırığı ilə, rayonda İnformasiya Mərkəzi tikiləcək. Həmin mərkəzin tikintisinə dövlət pul ayırmadığından, həmin tikintiyə çəkiləcək xərci siz ödəməlisiniz.

Ona görə də hər bir idarə müdiri bu ayın 20 - ə qədər 5000 manat, bu ayın 20 dən sonra isə yenidən 5000 manat pul verməlidir. Hətta icra başçısı müavinlərinində hər birinin ümumilikdə 5000 manat pul verməsini tələb edib. Qeyd edək ki, icra başçısının bu tapşırığı, məmurları şoka salıb. Çünki bu günə qədər rayonda dəfələrlə pul yığılsa da, heç vaxt icra başçısı özü göstəriş verməyib və məbləğ bu qədər də yüksək olmayıb.

Hörmətli mətbuat işçiləri!

Xahiş edirik bu məsələyə diqqətlə yanaşın. Ölkə prezidentinin rüşvətlə bağlı apardığı mübarizə siyasətinə, öz çirkin niyyəti ilə kölgə salan İcra başçısı ilə bağlı araşdırma aparın. Artıq bir neçə idarə müdiri bu siyasətə dözməyərək, istefa ərizəsini yazıb.

Qeyd edim ki, korrupsiya ilə mübarizə aparmalı olan orqanın rəhbəri, yəni rayon prokuroru, millət vəkili Bahar Muradovanın qohumu Kamran Əhmədov isə icra başçısının məmurlardan rüşvət tələb etməsinə, qorxusundan göz yumur.

Xahiş edirəm bu məsələyə diqqətli olun, cəbhədə sizləri qoruyan ağdamlılara yazığınız gəlsin”.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt