Əsas Səhifə > Güney Press / Manşet > DEPUTAT ƏLİ HƏSƏNOVUN QARŞISINDAN QAÇDI

DEPUTAT ƏLİ HƏSƏNOVUN QARŞISINDAN QAÇDI


13-08-2012, 16:44
DEPUTAT ƏLİ HƏSƏNOVUN QARŞISINDAN QAÇDI

SON GÜNLƏRİN HƏDƏFİ OLAN В«QASİDВ» FİRMASI SATIŞA ÇIXARILIR

DİA.AZ: - Son zamanlar millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi В«QasidВ» mətbuat yayımı firmasına qarşı basqılar daha da artıb ki, bunun da nəticəsində iş yerlərini itirən firmanın onlarla əməkdaşı bir neçə gün əvvəl Prezident Administrasiyasının və Bakı şəhər icra hakimiyyətinin binaları qarşısında etiraz aksiyası keçirməli oldular.

Xatırladaq ki, В«QasidВ» firmasının son aylarda 100-ə yaxın köşkü В«plana salınıbВ» və onların yerində В«Bakı PressВ» kökşləri qoyulub ki, qəzet satışından daha çox ərzaq məhsullarının, müxtəlif spritli içkilərin satışı ilə məşğul olan həmin köşklərin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova məxsus olduğu söylənilir. Doğrudur, Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, həmin köşklər Bakı şəhər icra hakimiyyətinin ticarət departamentinə məxsusdur. Lakin sonradan PA rəsmisinin söylədiklərinin doğru olmadığı bir faktla üzə çıxdı. Belə ki, yeni köşklərin Sumqayıtda da görünməsi məsələnin nə yerdə olduğunu üzə çıxardı.

Elə buna görə də iş yerlərini itirmiş В«QasidВ» firmasının əməkdaşları BŞİH-lə yanaşı, Əli Həsənovun oturduğu ünvanın - Prezident Administrasiyasının da qarşısında aksiya keçirməli olmuşdular.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, artıq qəzetlərə külli miqdarda borcu yaranan В«QasidВ» mətbuat yayımı firmasının sahibi Mirkazım Kazımov öz şirkətini satışa çıxarmaq qərarına gəlib. Bu barədə danışan mənbə bildirir ki, hətta deputat şirkətini nüfuzlu nazirlərdən birinə də təklif edib:

В«Əslində bu prosesə satışdan daha çox, himayədar axtarışı adını vermək olar. Çünki Mirkazım Kazımov kiminsə çətiri altında fəaliyyətini davam etdirmək istəyir. Deputat açıq-aşkar Əli Həsənovla mübarizədən məğlub duruma düşdüyünü etiraf edib. Və firmasını bağlamaq istəmədiyindən nüfuzlu məmurlara ağız açmalı olubВ».

Hələlik deputatın təkliflərinə hər hansı müsbət cavabın verilmədiyini bildirən mənbəmiz bu işdə olduqca ciddi çevrələrin də maraqlı olduğunu söylədi.

Geri qayıt