Əsas Səhifə > Güney Press / Manşet > SEL QURBANI FHN ŞEFİNİ NƏDƏ İTTİHAM EDİR?

SEL QURBANI FHN ŞEFİNİ NƏDƏ İTTİHAM EDİR?


13-08-2012, 15:22
SEL QURBANI FHN ŞEFİNİ NƏDƏ İTTİHAM EDİR?

KƏMALƏDDİN HEYDƏROVA GORANBOY RAYONUNDAN AÇIQ MƏKTUB

DİA.AZ: - Kürqırağı rayonlara sel fəlakəti nəticəsində dəymiş ziyan aradan qaldırılmamış, digər bölgələrimizdə də anoloji problemlər vətəndaşlarımızı çarəsiz duruma salıb. Belə ki, bu ilin 16 iyul tarixində Goranboy rayonu ərazisində baş vermiş sel nəticəsində onlarla evə ziyan dəymiş və neçə vətəndaşın təsərrüfatı yararsız hala düşmüşdü. Doğrudur, dövlət tərəfindən Goranboyun seldən zərər görən vətəndaşları üçün maliyyə yardımı ayrılıb, amma günü bu gün də həmin vəsaitin təyinatı üzərə xərclənməməsinin şahidi oluruq ki, bu işdə də əsas cavabdeh şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olması bir faktdır.

Çünki bu ölkənin fövqəladə hallardan sorumlusu möhtərəm Kamal müəllimdir. Hələlik başı daha çox şou-biznesin parlayan ulduzlarına mahnı yazmağa qarışan Kəmaləddin Heydərovun günlərin birində fəlakətlərin qarşısında Allahın ümidinə buraxılmış vətəndaşlarımızın da haqqını verəcəyinə hələ də ümid edənlər var. Onlardan biri də DİA.AZ-a şikayət məktubu ilə müraciət edən Goranboy rayonu Qazanbulaq qəsəbə sakini, 2-ci qrup əlil Səlimxanov Natiq Müslüm oğludur.

Redaksiyamıza ünvanladığı şikayət məktubunda Natiq Səlimxanov bildirir ki, bu ilin 16 iyul tarixində onun da yaşayış yeri sel daşqını nəticəsində ciddi zərər görüb. Hətta sel zamanı ayaqlarının işləməməsi səbəbindən bir neçə saat köməksiz vəziyyətdə ölümlə üz-üzə də qalıb.

Şikayətçi məktubunda bildirir: В«Sel daşqınından sonra Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyətinin nümayəndələri yaşayış yerimə baxış keçirdilər və üzləşdiyim problemi, mənə dəymiş ziyanı qeydiyyata aldılar. Amma sanki işləri bununla da bitmiş oldu. Çünki qeydiyyakta alan gündən bəri bir dəfə də olsun, mənimlə, üzləşdiyim problemlə maraqlanmayıblar. Evim isə qəzalı vəziyyətdədirВ».

Dövlətin onlara pul ayırdığını, amma bu vəsaitin kimlərsə tərəfindən mənimsənildiyini iddia edən Səlimxanov Natiq şikayət ərizəsində onu da bildirir ki, bu işdə əsas sorumlu fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğundan məhz ona da müraciət edir: В«Hörmətli Kəmaləddin müəllim. Siz bir nazir olaraq dövlət büdcəsindən təbii fəlakətlərin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə ayrılan pulların aidiyyatı üzrə xərclənməsinə cavabdehsiniz. Bir aydır ki, mən qəzalı evdə yaşayıram və sizdən kömək istəyirəm. Çox güman işçiləriniz sizə yalan hesabat veriblər. Amma Goranboy rayonunda sel fəlakətindən zərər görənlərə heç bir yardım edilməyibВ».

Geri qayıt