Əsas Səhifə > Güney Press / Manşet > В«UNİBANKВ»DAN QAÇQINLARA DÜŞMƏN MÜNASİBƏT
В«UNİBANKВ»DAN QAÇQINLARA DÜŞMƏN MÜNASİBƏT13-08-2012, 15:20 |
![]() BU BANKIN QAÇQINLARA KREDİT VERMƏMƏSİ KİMİN MARAĞINDADIR? DİA.AZ: - В«UnibankВ» tərəfindən neçə müddətdir ki, ölkə vətəndaşlarına В«Anoloqu olmayan kreditВ» şüarı altında bir xidmət təklif edilməkdədir. Apardığımız araşdırmalar zamanı öyrənə bildik ki, əslində sözügedən bankın apardığı kredit kampaniyasında qeyri-adi heç nə yoxdur. Və В«ANOLOQU OLMAYANВ» ifadəsi də tamam fərqli bir anlama işarə imiş. Hər halda, əldə etdiyimiz faktlar və bankın təklif etdiyi kredit şərtləri belə deməyə əsas yaradır. DİA.AZ əməkdaşlarının apardığı araşdırmalar nəticəsində öyrənə bildik ki, bank tərəfindən sən demə, kredit verilərkən ölkə vətəndaşları arasında əməlli-başlı ayrıseçkilik ab-havası yaradılır. Daha dəqiqi, Ermənistan işğalı nəticəsində öz yurd-yuvalarından qovulmuş soydaşlarımıza qarşı sanki bir düşmən münasibəti var imiş kimi davranılır. Bank özünün kreditin ayrılması şərtlərində aşkar surətdə bildirir ki, ölkə vətəndaşları zamin tələb olunmadan В«UnibankВ»ın müştərisi olaraq kredit ala bilərlər. Əslində, bu, həqiqətən də belədir. Ammai məcburi köçkünlər xaric. Aydın olur ki, bankın mərkəzi şöbəsində və bütün filiallarında bir qayda hökm sürürmüş: MƏCBURİ KÖÇKÜNLƏRƏ KREDİT VERİLMİR, VERİLİRSƏ DƏ, ZAMİN TƏLƏB OLUNUR… Hər halda, burada həqiqətən də В«anoloqu olmayanВ» bir hal var. Ya В«UniBankВ»ın rəhbərliyi öz ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkün olanları Azərbaycan vətəndaşı hesab etmir, ya da burada birbaşa olaraq düşmənlərimizin maraqlarına xidmət edən bir qərəz halı var. Təbii ki, bu məsələyə bank rəhbərliyinin reaksiya verməsi vacibdir. Ən azından o səbəbə görə ki, yaranmış В«anlaşılmazlıqВ» (hələlik, В«UnibankВ»ın məcburi köçkünlərə məlum düşmən münasibətini bu şəkildə təqdim edirik -red.) işğal edilmiş Qarabağdakı separatçı rejim üçün də bir fürsətdir. Yəni onlar bu fakta söykənərək, iddia edə bilərlər ki, Azərbaycanda tanınmış bir bank Qarabağdan qaçqın düşmüş azərbaycanlıları Azərbaycan vətəndaşı kimi qəbul etmir… Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |