Əsas Səhifə > Ölkə > BƏYLƏR ƏYYUBOV CAVİD QURBANOVU HİMAYƏ EDİR

BƏYLƏR ƏYYUBOV CAVİD QURBANOVU HİMAYƏ EDİR


13-08-2012, 13:48
BƏYLƏR ƏYYUBOV CAVİD QURBANOVU HİMAYƏ EDİR

NN ŞEFİNƏ QARŞI İLGİNC PLAN

Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov arasında ziddiyyətlərin səbəbləri barədə ilginc məlumatlar almışıq. Məlumatlarda bildirilir ki, Ziya Məmmədovun Cavid Qurbanova münasibətinin dəyişməsi təkcə ikincinin önə çıxması və nəqliyyat naziri üçün təhlükəyə çevrilməsilə bağlı deyil.

Məsələ burasındadır ki, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov “Azərolservis”i Nəqliyyat Nazirliyindən ayıraraq müstəqil quruma çevirmək istəyir. Məlumat üçün deyək ki, “Azəryolservis” vaxtilə Azəravtoyol Dövlət Konserni olaraq müstəqil qurum kimi fəaliyyət göstərib. Qurumun rəhbəri mərhum Yusif Novruzov isə Bəylər Əyyubova yaxın şəxs olub. Əslində “Azəryolservis”in struktur olaraq Nəqliyyat Nazirliyinə hər hansı aidiyyatı olmamalıdır. Sadəcə həm Yusif Novruzov dünyasını dəyişəndən sonra Ziya Məmmədov yaxın çevrəsinə daxil olan Cavid Qurbanovu onun yerinə təyin etməklə qurumu rəhbərlik etdiyi nazirliyin tərkibinə qatıb.

Indi Bəylər Əyyubov yenidən “Azəryolservis”i nəzarətə götürmək istəyir. Bu da səbəbsiz deyil. Çünki Azərbaycanda iri investisiya layihələrinin ayrıldığı qurumlardan biri də “Azəryolservis”dir. Bəylər Əyyubov artıq iki belə qurum “Azəriqaz”la “Azərsu”nu nəzarətə götürüb. Bu iki qurumun layihələrinə ayrılan vəsaitlərin toplam həcmi 4 milyard manat təşkil edir. Görünür, Bəylər Əyyubov bununla kifayətlənək istəmir.

Məlumatlarda deyilir ki, Bəylər Əyyubov “Azəryolservis”i Nəqliyyat Nazirliyindən ayırmağa çabalar göstərdiyi bir qurumun balansına daxil olan ərazilərin, müəssisələrin Ziya Məmmədov tərəfindən biznes ortağı Bülent Karaniyə verilməsi aydın olub. Bundan xəbər tutan Cavid Qurbanov hiddətlənib və nazirlə münasibətləri pozulub.

Ehtimal edilir ki, Ziya Məmmədov Bəylər Əyyubovun niyyətindən məlumatlı olduğu üçün belə addım atıb. Başqa bir ehtimala görə isə Cavid Qurbanov nəqliyyat nazirinin bu addımından sonra Bəylər Əyyubovla kontakt yaradıb və beləliklə də “Azəryolservis”in müstəqil quruma çevrilməsi gündəmə gəlib. \ azadlıq.info \

Geri qayıt