Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOV ÇƏTİN DURUMDA
ZİYA MƏMMƏDOV ÇƏTİN DURUMDA13-08-2012, 13:16 |
NAZİRƏ QARŞI 1.5 MİLYONLUQ İDDİA QALDIRILIB Nəqliyyat naziri Ziya Məmmədova qarşı yeni iddialar da qaldırılıb. Mia.az xəbər verir ki, Bakı və Bakı ətrafı salınan və ya yenidən təmir olunan yolların kənarındakı yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə kompensasiya ödənilmədiyindən Ziya Məmmədovla «Azəryolservis»» ASC-nin rəhbəri deputat Cavid Qurbanovun sahibkarlarla problemləri başlayıb: “Yolun mühafizə zolağına düşən «Abşeron» Kiçik Müəssisəsinin Nəqliyyat Nazirliyi, «Azəryolservis» və Maliyyə Nazirliyinə qarşı 1.410.000 (Bir milyon dörd yüz on min manat) manatlıq iddia qaldırıb. Bu işə 2 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsində baxılsa da, sözügedən məhkəmənin çıxardığı qətnamə kiçik müəssisə rəhbərini qane etməyib. Odur ki, qətnamədən apellyasiya şikayəti verilib». Bakı Apellyasiya Məhkəməsindən qeyri-rəsmi əldə etdiyimiz xəbərə görə, «Abşeron» Kiçik Müəssisəsinin Nəqliyyat Nazirliyi, «Azəryolservis» və Maliyyə Nazirliyinə qarşı 1.410.000 manatlıq şikayəti hakim Ülvü Mayılovun sədrliyi ilə işə baxışdadır: «Hakim iş üzrə şikayətə avqustun 29-da baxacaq». Geri qayıt |