Əsas Səhifə > Siyasət, Manşet > ƏBÜLFƏS QARAYEVİN ADAMI BANKİRİ DİVARA DİRƏDİ
ƏBÜLFƏS QARAYEVİN ADAMI BANKİRİ DİVARA DİRƏDİ13-08-2012, 13:08 |
“ROYALBANK”IN FİLİAL MÜDİRİ BAKIDA HANSI ÜNVANDA GİZLƏNİR? DİA.AZ: - Mərkəzi Bank tərəfindən fəaliyyəti dayandırılan “Royal Bank”ın ölkədən qaçmış 1 saylı filial müdiri Hikmət Rəcəbov yenidən Bakıya qayıdıb. Bu barədə redaksiyamıza etibarlı mənbələrdən məlumat daxil olub. DİA.AZ-ın ynp-yə istinadən verdiyi məlumata görə, H.Rəcəbov “Royal Bank”da aldadılaraq, pulları batırılan şəxslərdən gizlənmək üçün “Zabitlər Bağı”nın içində yerləşən “Retro” restoranına sığınıb. Ancaq zərərçəkmişlərdən biri onun təsadüfən elə oradaca yaxalayıb. Restoranda böyük qalmaqal salan zərərçəkmiş H.Rəcəbovdan tələb edib ki, dərhal birlikdə notariat kontoruna getsinlər və Rəcəbov “Retro” restoranının özəlləşdirmə sənədlərini ona verərək, restoranı onun adına sənədləşdirsin. Zərərçəkmişin H.Rəcəbovdan bu qədər böyük məbləğdə kompensasiya tələb etməsi onun da “ağır çəkili şəxs”lərdən olduğuna işarə edirdi. Elə bizim araşdırmamız nəticəsində də bunun belə olduğunu anladıq. H.Rəcəbovdan “Royal Bank”da batan pullarının qarşılığında “Retro” restoranını tələb edən həmin şəxs sabiq polis polkovniki Nazim Nağıyevin oğlu Anar Nağıyev olub. Qeyd edək ki, Anar Nağıyev hazırda Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışır. Mənbəmizin məlumatına görə, H.Rəcəbov A.Nağıyevə yalan vəd verərək, restoranı onun adına keçirmək üçün 2-3 gün möhlət istəyib. Mənbəmiz onu da bildirir ki, H.Rəcəbov A.Nağıyevin nə az-nə çox, tam 4 milyon manat pulunu mənimsəyib. A.Nağıyev H.Rəcəbova etibar edərək, “Royal Bank”ın baş ofisinə 4 milyon manat depozit yatırıb. Onu da qeyd edək ki, bizdə olan məlumata görə, hazırda H.Rəcəbovun zərərçəkmişlərə qaytarmağa nəğd pulu olmasa da, onun Bakı şəhərində qiyməti 20 milyon manata yaxın olan daşınmaz əmlakları var. Hətta həmin evlərdə təkcə antikvariat sayılan bahalı əşyaların qiymətinin 5 milyon manata yaxın olduğu iddia edilir. Mənbəmiz onu da qeyd edir ki, hazırda H.Rəcəbova pulunu qaytarması üçün möhlət verən A.Nağıyev ondan batan pullarını ala bilməyəcəyi təqdirdə, son çarə olaraq, hüquq-mühafizə orqanlarına müraciət edəcək. Onu da bildirək ki, A.Nağıyev H.Rəcəbova bildirib ki, “Royal Bank” bağlansa da, hər bir bankın rezerv fondu var, onun da pullarını rezerv fonddan versinlər. H.Rəcəbov isə ona bildirib ki, “Royal Bank”ın rezerv fondu Ali Cam tərəfindən çoxdan dağıdılıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, A.Nağıyevlə bağlı redaksiyamıza daha bir neçə maraqlı məlumat daxil olub. Onlardan birində A.Nağıyevin yanından qaçan bir şəxsdən bəhs edilir. Anar Nağıyevin həmin shaxsi tapmaq üçün hansı oliqarxların villalarını axtarması, onu tapmaq üçün atasını izlətdirməyi və s. barədə də ətraflı məlumatımız var. Ancaq bunlar şəxsi həyatla bağlı məsələlər olduğu üçün yazmağa lüzum görmürük. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəllər də haqqında bəhs etdiyimiz “Retro” restoranının “Boz Kardinalı” hesab olunan “Qusik” ləqəbli Hüseynin oğlu A.Nağıyevin sürücüsüdür. Yazıda adı çəkilən şəxslərin hər birinin mövqeyini dərc etməyə hazırıq. Bizi izləməyə davam edin. Geri qayıt |