Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİÇİ MÜBARİZƏ ÇİRKİN MÜSTƏVİDƏ

HAKİMİYYƏTİÇİ MÜBARİZƏ ÇİRKİN MÜSTƏVİDƏ


13-08-2012, 12:56
HAKİMİYYƏTİÇİ MÜBARİZƏ ÇİRKİN MÜSTƏVİDƏ

RƏQİBLƏRİ SƏFƏR ƏBİYEVƏ QARŞI ƏSGƏR ÖLÜMÜNDƏN NECƏ YARARLANIR?

DİA.AZ: - Son günlər bir-birinin ardınca əsgər ölümləri mətbuatın əsas mövzularından birinə çevrilib və əslində bu təbiidir. Çünki torpaqlarının 20 faiz işğalda olan bir ölkədə əsgər ölümünün həssaslıqla qarşılanması normal haldır. Bu əvvəllər də belə olub indi də belədir. Bildirək ki, əslində əsgər ölümlərinə görə əsas məsuliyyət Müdafiə Nazirliyinin üzərinə düşür və bu başqa müzakirə mövzusudur. Ancaq son günlər məhz bu məsələ ilə bağlı mətbuatda dolaşan məlumatlar və aparılan kampaniya ilə bağlı əldə etdiyimiz bilgilər bizi şoka saldı.

Sən demə əsgər ölümləri ilə bağlı çox çirkin oyunlar gedir. Daha dəqiqi, əsgər ölümlərini əlində vasitəyə çevirən bəzi dairələr siyasi məqsədlərini həyata keçirmək üçün bunu kampaniya xarakterli məqsədə çevirib. Bununla bağlı əldə etdiyimiz ilginc məlumatlar çox dəhşətli oyunlardan xəbər verir.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əsgər ölümləri ilə bağlı yaradılan ajiotaj məhz hakimiyyət daxilindəki qruplaşmaların özü yaradır. Bununla bağlı mənbənin açıqladığı faktları diqqətinizə çatdırırıq: «Təsəvvür edin əsgər dünyasını dəyişir onun cəsədi evini çatar-çatmaz, meyiti torpağa tapşırılar-tapşırılmaz valideyinləri və yaxınlarının açıqlamaları mətbuatda özünə yer alır. Daha doğrusu, Azərbaycanın ucqar bir kəndində yaşayavn valideyinin mətbuatla əlaqəsi dərhal qurulur. Sanki valideynin dəfndən, yas mərasimi təşkil etməkdən, acısına yanmaqdan, gələn gedəni yola salmaqdan da vacib işi mətbuata çıxmaqdır. Maraqlı tərəf isə burasındadır ki, son günlər mətbuata açıqlama verən hər üç valideynin açıqlamaları bir-birinə çox bənzəyir və ya bir-birini tamamlayır. Sadəlöv, zavalı valideyn isə oğlunun öldürüldüyünü, xəstəlikdən ölən övladına işgəncə verildiyini deyir və hamısının da ittihamı daxili orqanların çıxarılması üzərində işgəncə yerlərinin olması və başqa bu kimi fikirlərlə tamamlanır. Hansı ki, daxili orqanların çıxarılması yeni ittihamdır və bu təzəlikcə dövriyyəyə buraxılıb. Yəni hamı bilir ki, istər hərbi, istərsə də mülki həyatda kimsə xəstəlikdən ölürsə, meyidi yarırlar. Yəni bu faktı “daxili orqanlar satılır” şousuna çevirmək çox ustalıqla fikirləşilib. Bundan başqa ölkənin ayrı-ayrı bölgələrində yaşayan insanların sanki eyni ittihamları səsləndirməsi kifayət qədər ciddi məqamlardan xəbər verir”.

Onu da vurğulayaq ki, bu günə qədər müşahidə olunmayan başqa bir məqam da diqqətdən yayınmır. Məsələ burasındadır ki, son günlər əsgərlərin tabutları açılır və onların meyidlərinin şəkilləri çəkilərək dərhal sosial şəbəkələrə və bəzi saytlara yerləşdirilir. Bununla da çox çirkin oyunlar gedir.

Bu barədə danışan mənbənin sözlərinə görə bütün bunlar hakimiyyət daxilindəki bir qrup tərəfindən ustalıqla həyata keçirilir və məqsəd Səfər Əbiyev və onun komandasını zərbə vurmaqdan ibarətdir.

Məlumatlara görə yeni yaranmış Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və onun havadarı olan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bu işdə birbaşa maraqlıdırlar. Könlündən müdafiə naziri postunu tutmaq istəyən Elçin Quliyev mətbuatdakı «rıçaqları» vasitəsi ilə özünə lazım olan məlumatları gündəmə buraxır.

Mənbənin söylədikləri: “Adını hərbi ekspert qoyan və ordudakı itkilərin statistikasını aparan bir hərbi-jurnalist isə mətbuatda bu işi koordinasiya edir. Təbbi ki, para müqabilində. Öz növbəsində bütün rayonlarda komissarlıqları olan Səfərbərlik xidmətinin rəisi isə bölgələrdə valideyinlərlə işi «uğurla» həyata keçirir”.

Bütün tərəfləri dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.

Geri qayıt