Əsas Səhifə > Güney Press / Manşet > ELXAN SADIQOVA MƏDƏT QULİYEV DƏ BATA BİLMİR

ELXAN SADIQOVA MƏDƏT QULİYEV DƏ BATA BİLMİR


12-08-2012, 16:11
ELXAN SADIQOVA MƏDƏT QULİYEV DƏ BATA BİLMİR

KÜRDƏXANI TƏCRİDXANASINDA NƏLƏR BAŞ VERİR?

DİA.AZ: - Redaksiyamıza bir vətəndaş şikayəti daxil olub. Hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında cəza çəkdiyini iddia edən məhbuslardan biri bildirir ki, təcridxananın rəhbəri Elxan Sadıqov onlara əməlli-başlı divan tutmaqdadır.

DİA.AZ-ın elektron poçtuna daxil olan müraciətdən aydın olur ki, hələ də keçmiş sovet dönəmlərində olduğu kimi, məhbusları varlı və kasıb təbəqələrə bölən Elxan Sadıqov В«burjuykaВ» adlanan xüsusi kameraları satışa çıxarıb: В«Təbii ki, hər bir məhbusun imkanı çatmır ki, bir aya 1000-1500 manat pul verib В«burjuykaВ»da qalsınВ».

Narazı məhbus bildirir ki, Elxan Sadıqov məhbusları şəxsən döyür və buna görə, kimsə tərəfindən sorğu-sual edilməyəcəyini, arxasında dayanan qüvvələrin böyük təsirə malik olduğunu dəfələrlə vurğulayır: В«Mətbuatda yazılır ki, Elxan Sadıqova cinayət işi açıla bilər. Amma biz inanmırıq. Hətta Penitensiar Xidmətin rəisi Mədət Quliyev də onunla bacarmır. Çünki Elxan Sadıqov keçmiş В«KQBВ»çi Rövşən Əhmədovun qohumudur və hətta məhbusları döyəndə də onun adını verirВ».

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Kürdəxanı təcridxanasında saxlanılan məhbusların rəhbərliyə qarşı qiyam etməsi barədə məlumat da vermişdik və bildirmişdik ki, artıq bu məsələ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən araşdırılır. Amma göründüyü kimi, məhbuslar Elxan Sadıqovun hansısa formada cəzalandırıla biləcəyinə ümid etmirlər və hətta Mədət Quliyevin də Elxan Sadıqovdan ehtiyatlandığını iddia edirlər.

Xatırladaq ki, ötən günlərdə Bakı İstintaq Təcridxanasında baş verənlər və rəis Elxan Sadıqovun əməllərindən söhbət açmışdıq. Məlumatda təcridxanada görüş almaq üçün Kazım adlı şəxsə 20 manat verməkdən tutmuş, içəri telefon aparmağın 1000 manat olmasına qədər bəzi maraqlı faktlar qeyd olunurdu. Lakin bu əməllərinə görə, hələ də Elxan Sadıqovu cəhalanlandıran yoxdur.

Araşdırmalarımız zamanı bəlli olmuşdu ki, uzun illər, bu sistemdə çalışan, kifayyət qədər dəstəyə malik olan Elxan Sadıqovun Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də münasibətləri o qədər də yaxşı deyil. 6 ay əvvəl qəqaüdə göndərilməsi üçün aparılan müzakirələrin gözlənilmədən dayandırılması da onun ciddi dəstəyinin olmasından xəbər verir. Görünür, bu məsələ Mədət Quliyevin də gücü xaricindədir. Əks təqdirdə təqaüdə göndərilmə baş tutardı.

Ən maraqlısı odur ki, Elxan Sadıqov harda gəldi В«Qara VolqaВ» cinayətini açan DTK polkovnikinin adını çəkir və onunla qohum olduğunu bildirir. Bu isə BİT rəisinin gücünü bir qədər də artırmış olur. Bu gün isə redaksiyamıza daxil olan məlumata görə, Elxan Sadıqov Ədliyyə naziri Fikrət Məmmədovla da qohum olduğunu və onun dəstəyi ilə bu postda qaldığını deyir. Araşdırmalarımız zamanı bəlli oldu ki, doğrudan da Firkət Məmmədov və BİT rəisi Elxan Sadıqov Şəkilidirlər. Amma onların qohumluq əlaqələrinin necə olması hələlik qaranlıqdır. Doğrudanmı, Fikrət Məmmədov BİT rəisini təcridxanada etdiyi özbaşınalığa görə müdafiə edir? Bu bir qədər inandırıcı görünməsə də, hər halda Elxan Sadıqov bu barədə harda gəldi danışır. Deyilənə görə, məhz bu səbəbdən Mədət Quliyev də onunla ehtiyyatlı davranır.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt