Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDAKI В«PRİTONВ» HANSI MƏŞHURUNDUR?
MASALLIDAKI В«PRİTONВ» HANSI MƏŞHURUNDUR?12-08-2012, 15:15 |
![]() HACI MAZANIN OBYEKTİ İLƏ BAĞLI ŞOK FAKTLAR DİA.AZ: - Redaksiyamıza Qafqaz Müsəlmanları İdarəsinin sədri, Öütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası Hacı Mazanla bağlı ilginc faktlar daxil olub. Bildirək ki, Azərbaycanda bir çox qaranlıq biznes fəaliyyəti ilə bağlı adı hallandırılan Hacı Mazan həmçinin onlarla obyektə də sahibdir ki, onların da əksəriyyəti ilşə bağlı yetərincə şübhəli məqamlar var. Və DİA.AZ-a ötürülən məlumatda da məhz həmin məqamlardan birinə aydınlıq gətirilir. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, Masallı rayonu ərazisində Hacı Mazana aid onlarla restoran, mağaza, otel və müxtəlif iaşə obyektləri fəaliyyət göstərməkdədir. Amma onların arasında biri var ki, həmin obyekt əslində heç də adına uyğun şəkildə istismar olunmur. Söhbət Masallının Qəriblər kəndi ərazisində yerləşən В«ViləşВ» Hoteldən gedir. Mənbəmiz bildirir ki, əslində paytaxtdakı bir çox məmurlar üçün В«xəlvətВ» funksiyasını həyata keçirən В«ViləşВ» Hotelin bu günə kimi toxunulmaz qalmasının və dövlətin müvafiq qurumlarının hər hansı tədbirinin hədəfinə çevrilməməsinin əsl nədəni məhz həmin otelin arxasında Hacı Mazanın dayanması və bu otelin xidmətlərindən daha çox məmurların istifadə etməsi faktları dayanmaqdadır. Məlumatlara görə, В«gərgin iş yorğunluğundanВ» sonra bəzi məmurlar həmin oteldə müxtəlif ölkələrdən gətirilmiş qadınları sifariş edərək, onlarla əylənirlər ki, bunun da müqabilində çox böyük məbləğdə pullarını verirlər. Həmin oteldə təsadüfi adamlara isə çox nadir hallarda rast gəlmək mümkündür. Qeyd edək ki, bu obyektin fəaliyyətilə bağlı bu günə kimi mətbuatda dəfələrlə yazılsa da, Hacı Mazanın adı ilə həmin KİV-lər susdurulub. Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin isə nəyin müqabilində susduğunu təxmin etmək o qədər də çətin deyil. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |