Əsas Səhifə > Cəmiyyət > QAÇQIN AİLƏLƏRİNƏ YEZİD ZÜLMÜ

QAÇQIN AİLƏLƏRİNƏ YEZİD ZÜLMÜ


12-08-2012, 12:46
QAÇQIN AİLƏLƏRİNƏ YEZİD ZÜLMÜ

PİRŞAĞIYA SIĞINAN QAÇQINLARA KİM DİVAN TUTUR?

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan yüzlərlə qaçqın ailəsi su üsyanına qalxıb. Gunxeber.com-un məlumatına görə, Pirşağı qəsəbəsində məskunlaşan Zəngilan, Laçından və digər işğal bölgəsindən olan qaçqınlara maşınla su verilir. Onun pulu isə “Qaçqınkom” tərəfindən ödənilir.

Maşınla su satan şəxslər isə “Azərsu”nun işçiərinə qeyri-rəsmi pul ödəyirlər. Su götürülən yerdə iki xətt var. Bir xətdən götürülən su bağ evlərinə pulla satılır. Digər xətdən götürlən su isə qaşqınlara aparılır.

İki gün öncə “Azərsu”nun Novruz adlı əməkdaşı gəlib qaçqınlar üçün xətti bağlayıb və camaat susuz qalıb.

Faktiki olaraq yüzlərlə ailə susuz qalıb və etiraza qalxıb.

Qaşqınlar bununla bağlı etirazlara hazırlaşırlaşırlar.

Geri qayıt