Əsas Səhifə > Gündəm, Manşet > SƏFƏR MEHDİYEVİN “BACANAQ ŞƏBƏKƏSİ”

SƏFƏR MEHDİYEVİN “BACANAQ ŞƏBƏKƏSİ”


12-08-2012, 11:13
SƏFƏR MEHDİYEVİN “BACANAQ ŞƏBƏKƏSİ”

GÖMRÜK KOMİTƏSİNİN SƏDR MÜAVİNİ DÖVLƏTİ NECƏ İSTİSMAR EDİR?

DİA.AZ: - Redaksiyamıza Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevlə bağlı ilginc faktlar daxil olub, DİA.AZ-a ötürülən xəbərlərdən belə aydın olur ki, S.Mehdiyev Bakıda bacanaqlarına elə bir şərait yaradıb ki, onlar bundan sonra 100 il işləməsələr belə, var-dövlətləri azalan deyil.

Mənbə bildirir: “Onun Gündüz adlı bacanağı “Babək” və “Orxan” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Gündüz bacanağının hədiyyəsi ilə bundan sonra 100 il işləməsə də, pula ehtiyacı olmaz”.

Mənbəmiz Səfər Mehdiyevin digər bacanağı Azərin isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına aldığını söyləyir: “O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər”.

Hər halda kiminsə öz bacanağına əl tutması nə günah deyil, nə də cinayət. Amma bu məqsədlə dövlətin imkanlarının sui-istifadə edilməsi baş verirsə, artıq buna görə, kimlərinsə cavab verməsi lazımdır. Hər halda Azərbaycan dövləti kiminsə əmlakı deyil. Və bu gün bunun sözün əsl mənasında sübuta ehtiyacı var.

Geri qayıt