Əsas Səhifə > Hadisə > GÜNEY AZƏRBAYCANDA ÖLƏNLƏRİN SAYI ARTIR

GÜNEY AZƏRBAYCANDA ÖLƏNLƏRİN SAYI ARTIR


12-08-2012, 11:08
GÜNEY AZƏRBAYCANDA ÖLƏNLƏRİN SAYI ARTIR

ZƏLZƏLƏ QURBANLARI 180 NƏFƏR OLDU

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində ölü sayı 180 nəfərə çatıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ən çox zərər dəyən Əhər və Vərzigan şəhərlərinin 1300 nəfərdən çox sakini yaralanıb.

İran parlamentinə Əhər şəhərindən deputat seçilən Abbas Fallahiyə Babacan bildirib ki, zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyatı orqanlar İran prezidentinin göstərişini gözləyirlər.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 60-80%-ə ciddi ziyan dəyib, 7 kənd tamamilə dağılıb. Fəlakət bölgəsində zərərçəkənlər üçün suya və çörəyə ehtiyac var. Ölü sayının artacağı istisna edilmir.

Geri qayıt