Əsas Səhifə > Güney Press / Manşet > QUBADA YENİ QARŞIDURMA YARANA BİLƏR

QUBADA YENİ QARŞIDURMA YARANA BİLƏR


3-08-2012, 17:46
QUBADA YENİ QARŞIDURMA YARANA BİLƏR

SAKİNLƏR: В«CAMAAT AYAĞA QALXIB MÜBARİZ AĞAYEVİ DƏ DEVİRƏCƏKВ»

DİA.AZ: - 1 Mart hadisələrindən sonra Qubaya Mingəçevirdən icra başçısı göndərilən Mübariz Ağayevlə bağlı redaksiyamıza şikayət ünvanlanıb. Quba sakini Səxavət Kərimov DİA.AZ-a bildirir ki, Mübariz Ağayev icra başçısı təyin olunanda elə bildik ki, nələrisə dəyişəcək:

В«Amma yanılmışdıq. Güman edirdik ki, Mübariz Ağayev Rauf Həbibovdan sonra gəlməsini, 1 martda baş verən hadisələri nəzərə alıb, xalqın xeyrinə 10 faiz də olsa, işləyəcək. Nəinki 10 faiz, heç bir faiz də işləmir. Əksinə, Rauf Həbibovun vaxtında heç olmasa, problemlərimizi dinləyirdilər, indi isə şikayətçilər icra hakimiyyətinin binasına yaxın da düşə bilmirВ».

Özünün də problemlər içində yaşadığını, aylardır sosial yardım ala bilməsi üçün müraciətlərinin cavabsız qaldığını və bu səbəbdən bir neçə dəfə yeni icra başçısının qəbuluna düşmək istədiyini bilidrən narazı vətəndaş istəklərinin gözündə qaldığını da söylədi:

В«Mübariz Ağayev bu gün bəlkə də prezidentdən də yaxşı qorunur. Ona yaxın düşə bilmək üçün bir neçə MANEƏNİ aşmaq lazımdırВ».

Şikayətçi bu günlərdə hakimiyyət qəzetlərinin birində Mübariz Ağayevin təbliğ olunduğunu da xatırlatdı: В«Hökumət qəzetində icra başçımızı tərifləyiblər. Guya o, rayonda vəziyyəti yaxşılaşdırıb? Yalandır. Həmin qəzeti də yaxşı tanıyırıq, müxbirini də. Yazının necə hazırlandığını da bilirik. Mübariz Ağayev özünü təriflətməkdənsə, camaata gün ağlasa, şikayətçiləri dinləsə, yaxşı olar. Əks halda, camaat ayağa qalxıb onu da devirəcəkВ».

Geri qayıt