Əsas Səhifə > Güney Press / Manşet > В«KARVANВ»IN SAHİBİNİN MÜDHİŞ GECƏ PROYEKTİ
В«KARVANВ»IN SAHİBİNİN MÜDHİŞ GECƏ PROYEKTİ3-08-2012, 16:21 |
![]() SUMQAYITIN İCRA BAŞÇISI QANUNSUZLUĞA HANSI HALDA GÖZ YUMUR? DİA.AZ: - Sumqayıtda sakinləri narahat edən daha bir olay baş verib. Söhbət В«KarvanВ» Ticarət Mərkəzinin direktoru Ağamirzə Əhədovun yerli sakinlərin narazılıqlarına nəzərə almadan, yaşayış binasının qarşısında yeni üç mərtəbəli obyekt inşa etdirmə niyyətindən doğan səs-küydən gedir. Xatırladaq ki, Sumqayıtın 9-cu mikrorayon ərazisində planlaşdırılan inşaat işlərinin dayandırılması tələbilə iki gün əvvəl sakinlər etiraz aksiyası da keçiriblər və hətta yaxınlıqdakı magistral yolu da bağlayıblar. Hadisə barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əsəbləri tarıma çəkilmiş sakinlər evlərinin əsas çıxışının qarşısındakı inşaat meydançasına hücum çəkiblər. Mənbənin sözləri: В«Düz yaşayış binasının qarşısını inşaat meydançasına çeviriblər. Hər kəsin həyatı risq altındadır. Uşaqlar üçün isə daha çətindir. Nə oynamağa yer qalıb, nə də ümumiyyətlə, hərəkət etməyə. Evdən çıxmaq üçün də yol saxlamayıblarВ». Məlumatda deyilir ki, narazı sakinlər inşaat meydançasına hücum edərək hasarlanmış ərazinin plakatlarını dağıdıblar. Hadisə yerinə gələn polislər isə narazı camaatın yolu kəsmə cəhdlərinin qarşısını alıb. Bununla bağlı redaksiyamıza danışan qaynağın sözlərindən belə aydın olur ki, В«KarvanВ» Ticarət Mərkəzinin direktorunun bu özbaşına addımından yerli icra hakimiyyəti də xəbərdardır: В«Sakinlər dəfələrlə icra başçısı Eldar Əzizova şikayət etsələr də, xeyri olmayıb. Heç olmayacaq da. Çünki Ağamirzə Əhədov Eldar Əzizovun haqqını verib və başçı da ona В«get nə istəyirsən, eləВ» deyibВ». Hələlik inşaat işlərinin sakinlərin narazılıqları səbəbindən yarıda dayandığını bildirən mənbəmiz onu da vurğuladı ki, amma Ağamirzə Əhədov proraba inşaatın davam etdirilməsi üçün tapşırıq verib və hətta maraqlı təklif də edib: В«O, tikintinin prorabına deyib ki, camaat yatandan sonra fəhlələri işlətsinВ». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |