Əsas Səhifə > Gündəm, Manşet > KÜRDƏXANI TÜRMƏSİNDƏKİ QİYAM BÖYÜYÜR

KÜRDƏXANI TÜRMƏSİNDƏKİ QİYAM BÖYÜYÜR


3-08-2012, 13:26
KÜRDƏXANI TÜRMƏSİNDƏKİ QİYAM BÖYÜYÜR

SƏBƏBKAR HƏBSXANA RƏHBƏRLİYİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kürdəxanı təcridxanasında məhbusların qiyamı baş qaldırıb. Qiyama səbəb kimi isə, həbsxana rəhbərliyinin dustaqlara qarşı apardığı siyasət və onun fəaliyyəti olub.

Məlumatı verən Kürdəxanı təcridxanasındakı məhbuslardan birinin yaxın qohumunun DİA.AZ-a bildirdiyinə görə, türmə rəhbərliyi dustaqlara qarşı quldar kimi davranır: «Sanki məhbuslar quldurlar. Onların heç bir hüququ yoxmuş kimi davranırlar. Eşidirik ki, başqa dustaqxanalarda monitorinqlər keçirilir. Bəs nədən Küprdəxanıdakı təcridxananı yoxlamırlar. Rəisə yaxın dustlaqlarda da var. Onları yox, əziyyət çəkən dustaqları danışdırsalar, o zaman Kürdəxanı təcridxanasının bütün rəhbərliyini elə həmin dustaqların yanına göndərərlər».

Qeyd edək ki, yüzlərlə məhbus həbsxana rəhbərliyinə etiraz edərək, onun vəzifəsindən alınmasını tələb edirlər. Məhbuslar saxlanma şəraitindən, rüşvətin tüğyan etməsindən və özlərinin həbsxana rəhbərliyi tərəfindən aşağılanmalarına etiraz edirlər.

Əldə etdiyimiz son məlumatlardan isə aydın olur ki, artıq Penitensiar Xidmətin rəhbərliyi Kürdəxanı təcridxanasında baş verən olayları araşdırmaya götürüb. Bu barədə məlumatı verən mənbə iddia edir ki, həbsxana rəhbərliyinə qarşı cinayət işi də açıla bilər.

Geri qayıt