Əsas Səhifə > Gündəm, Manşet > RAFİL HÜSEYNOVUN BƏLƏDİYYƏ SƏDRİNƏ QARŞI PLANI
RAFİL HÜSEYNOVUN BƏLƏDİYYƏ SƏDRİNƏ QARŞI PLANI3-08-2012, 11:23 |
MASALLIDAKI BƏLƏDİYYƏ XAOSUNUN ARXASINDAN İCRA BAŞÇISI ÇIXDI DİA.AZ: - Xəbər verdiyimiz kimi bu il iyulun 17-də Masallı Şəhər bələdiyyəsinin 15 üzvündən 10-u iclas keçirərək bələdiyyə sədri Azər Baxışovun etdiyi saxtakarlıqlara görə vəzifədən kənarlaşdırılması və bu vəzifənin müvəqqəti olaraq sədrin müavini Samirə Abbaszadə həvalə olunması haqqında qərar qəbul ediblər. DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumatda deyilir ki, hazırda bələdiyyənin möhürü birində, səlahiyyəti birindədir. Redaksiyamıza verilən xəbərlərdən belə aydın olur ki, sabiq sədr vəziyyətdən çıxmaq üçün Masallı rayon prokurorluğuna şikayət edib ki, guya həmin bələdiyyə müzvləri binanın qapısını sındırıb, iclas keçiriblər. Bələdiyyə üzvləri isə təəccüb içindədir – onların özlərinin çalışdıqları otağa niyə qapını sındırıb girməlidirlər? Bir də, bu qapı iş vaxtı niyə bağlı olur ki, kimsə də onu sındırmaq fikrinə düşsün... Onu da bildirək ki, Masallı bələdiyyəsində yaranmış problemdə hətta rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun da maraqlı olduğu söylənilir. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, elə bələdiyyədəki xaosun arxasında da Rafil Hüseynov dayanır. Xatırladaq ki, Rafil Hüseynov bir zamanlar Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator olub və bu günlərdə Masallıya başçı göndərilib. Mənbəmizin söylədikləri: «İcra başçısı ilk gündən bələdiyyə sədri ilə yola getmədi və indi baş verənlər də onun nəzarəti altındadır. Rafil Hüseynov nəyin bahasına olursa-olsun Azər Baxışovu kənarlaşdırmaq istəyir. Ona görə də belə ajiotaj yaradır. Hətta bələdiyyə üzvlərinə sədrlərini uzaqlaşdırmaları üçün «MÜKAFAT» da vəd edib. Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Geri qayıt |