Əsas Səhifə > Güney Press / Manşet > TALEH QARAŞOV İNSANLARI TƏHLÜKƏ ALTINDA SAXLAYIR
TALEH QARAŞOV İNSANLARI TƏHLÜKƏ ALTINDA SAXLAYIR2-08-2012, 16:27 |
![]() LƏNKƏRANDA İDARƏLƏR PROBLEMLƏRİ HƏLL ETMƏYƏ PUL TAPMIR DİA.AZ: - Lənkəranın, Nərimanabad qəsəbə sakinləri hər gələn günü qorxu içində keçirirlər. DİA.AZ-a daxil olan məlumatdan aydın olur ki, buna səbəb, ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinin dirəklərinin bərbad vəziyyətdə olmasıdır. 10 min kilovoltluq yüksək gərginlikli elektrik dirəkləri hər an aşaraq bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər. Rayondan verilən xəbərdə deyilir ki, qəsəbə sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Ən acınacaqlı vəziyyət isə 10 min kilovotluq elektrik xətinin keçdiyi ərazidə yaşayış məntəqələrinin və ümütəhsil məktəbinin olmasıdır. Qəsəbə sakinlərinin sözlərinə görə yüksək gərginlikli elektrik xətti qısa zamanda əvəzlənməsə, baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq qaçılmaz olacaq. Ən çox qorxan və əziyyət çəkən isə qəsəbənin balaca sakinləridir. Xətlər, onların oynadıqları meydançaların üstündən keçir. Qəsəbə sakinlərinin sözlərinə görə, məsələ ilə bağlı bir neçə dəfə Lənkəran Elektrik Şəbəkənin rəhbərliyini və əməkdaşlarını məlumatlandırıblar. Amma təəssüf ki, şəbəkə tərəfindən indiyədək heç bir tədbir görülməyib. Bu arada DİA.AZ-a daxil olan bir başqa məlumatdan isə aydın oldu ki, əslində Lənkəran Elektrik şəbəkəsinə problemlərin həlli üçün yetərincə vəsait ayrılıb. Amma nədənsə bu pullar quruma çatmayıb. Elə icra hakimiyyəti tərəfindəncə mənimsənilib. Xatırladaq ki, qısa müddətlik Astarada, əvvəllər isə Neftçalada icra başçısı olan Taleh Qaraşov indi Lənkərana rəhbərlik edir. Mənbənin söylədikləri: “Taleh Qaraşov gələr-gəlməz rayona prezident tərəfindən pul ayrılsa da, icra başçısı digər idarələrə büdcədən çatacaq vəsaitlərə rəsmən əl qoyub. Bunun da nəticəsidir ki, Lənkəran Elektrik şəbəkəsi primitiv problemləri belə həll etmək iqtidarında deyil. Çünki vəsait yoxdur. Bunun da nəticəsində insanların həyatı təhlükə altına düşür”. Geri qayıt |