Əsas Səhifə > Hadisə > ƏLİ KƏRİMLİNİN BACANAĞI ÖZ TOYUNA BURAXILMADI

ƏLİ KƏRİMLİNİN BACANAĞI ÖZ TOYUNA BURAXILMADI


28-10-2011, 11:25
ƏLİ KƏRİMLİNİN BACANAĞI ÖZ TOYUNA BURAXILMADI

TUNİSLİ DAMAD TOYA SKYPE VASİTƏSİLƏ QATILDI

AXCP sədri Əli Kərimlinin baldızı Aytən Seyidovanın dünən Bakıdakı şadlıq evlərinin birində toy mərasimi keçirilib. “Qafqazinfo”nun xəbərinə görə, Aytən Seyidova Tunis vətəndaşı ilə ailə həyatı qurub. Oğlan tərəfinin Bakıda keçirilən qız evinin toyunda iştirak etmək arzusu reallaşa bilməyb. Belə ki, Londonda yaşayan bəy Seyfəddin bin Əbdüləzizə Azərbaycan səfirliyi viza verməyib. Seyfəddin toy mərasiminə skype vasitəsilə qatılıb. Azərbaycana gəlmək üçün Türkiyədəki konsulluğa müraciət edən bəyin valideynlərinə də rədd cavabı verilib.

Qeyd edək ki, Seyfəddin bin Əbdüləziz Tunis vətəndaşı, milliyyətçə ərəbdir. Bəyin anası türk əsilli xanım, əslən Türkiyənin Qara dəniz bölgəsindəndir.

Xatırladaq ki, Aytən Seyidova Londonda oxuyarkən Tunisli oğlanla tanış olub. Hər iki gənc ailə qurmaq haqqında qərar verdikdən sonra müsəlman adəti üzrə elçilik mərasimi keçirilib, valideynlərin xeyir-duası alınıb.

Geri qayıt