Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEVİN MƏHKƏMƏSİ ERTƏLƏNDİ

RÖVNƏQ ABDULLAYEVİN MƏHKƏMƏSİ ERTƏLƏNDİ


2-08-2012, 14:54
RÖVNƏQ ABDULLAYEVİN MƏHKƏMƏSİ ERTƏLƏNDİ

HAKİMİN İSTİRAHƏTƏ GETMƏSİNƏ GÖRƏ

Tanınmış kinorejissor və ssenarist, “Ibrus” teatrının rəhbəri Rüstəm Ibrahimbəyovla Dövlət Neft Şirkəti (ARDNŞ) arasında başlamış ərazi mübahisəsinə araşdıran Bakı Apellyasiya Məhkəməsinin hakim Cəmilə Səfiyeva məzuniyyətə çıxıb. Buna görə də, tərəflər arasındakı məhkəmə çəkişməsi iki aylıq təxirə salındı.

Bu xəbər mia.az-a Bakı Apellyasiya Məhkəməsindən daxil olub.

Məlumatda bildirilir ki, R.İbrahimbəyovun Bakının Bayıl qəsəbəsində, teleqülləyə yaxın ərazidə layihə dəyəri 20 milyon manat olan yeni Kino Evi tikintisi üçün aldığı torpaq sahəsini ARDNŞ tərəfindən zəbt edilməsindən bəhs edən şikayəti üzrə apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyeva iyulun 27-dəki prosesdə qərarını elan etmədən məzuniyyətə çıxıb: «Hakim sentyabrın birinci ongünlüyündə işə çıxacaq. Amma kinorejissorla ARDNŞ-in davasına həmin ayın sonunda, daha dəqiqi, sentyabrın 27-də baxılacaq».

Xatırladaq ki, R.İbrahimbəyov ARDNŞ rəhbərliyinin qanunsuzluqlarını aradan qaldırmaq üçün ilk olaraq Səbail Rayon Məhkəməsində iddia qaldırıb. Lakin rayon məhkəməsi kinorejissorun iddiasını təmin etməyib.

Məsələ ilə bağlı tərəflərdən rəsmi məlumat öyrənə mümkün olmayıb.

Geri qayıt