Əsas Səhifə > Cəmiyyət > QAÇQIN YATAQXANALARI NİYƏ YANIR?

QAÇQIN YATAQXANALARI NİYƏ YANIR?


1-08-2012, 14:40
QAÇQIN YATAQXANALARI NİYƏ YANIR?

İNDİ BUNUN SƏBƏBLƏRİ ARAŞDIRILIR

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.
Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər.
Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.
Hazırda yanğın davam edir.
XXX
Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 5-dən artıq yanğınsöndürən maşını cəlb olunub.
XXX
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğınsöndürən maşınların sayı 10-u ötüb.
XXX
Trend-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə müsahibəsində bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil. Araşdırmalardan sonra yanğının səbəbləri müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq.

Yataqxanada məskunlaşmış məcburi köçkünlərin evlə təminatı ilə bağlı suala cavab olaraq icra başçısı deyib ki, bundan öncə baş verən yanğından sonra da məcburu köçkünlər evlə təmin olunmuşdu.

"Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi müzakirələrdən sonra müvafiq addımlar atılacaq" deyə İsgəndərov bildirib.
XXX
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının qarşısı alınıb.

Geri qayıt