Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLAR HƏDƏFDƏ

ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLAR HƏDƏFDƏ


31-07-2012, 13:20
ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLAR HƏDƏFDƏ

ONLARIN DOSYALARI HAZIRLANIB; “YUXARILAR” TƏDBİR GÖRMƏ YÖNÜNDƏ

DİA.AZ: - Bir zamanlar Kürləmir rayonuna rəhbərlik edən, sonradan isə Binəqədi rayon icra hakimiyyətinə başçının humanitar məsələlər üzrə müavini postuna təyin olunan Fəxrəddin Məlikovla bağlı bu günlərdə ilginc məlumatları açıqladıq.

Belə məlum oldu ki, “Azəriqaz” İstehsalat Birliyinin sabiq rəhbəri, hazırda işsiz olan Əlixan Məlikovun qardaşı olan Fəxrəddin Məlikovun Ermənistanda sən demə yaxın qohumları var imiş. Xatırladaq ki, dəfələrlə ermənilərlə qohumluq əlaqələri olan məmurlar barədə ölkənin ayrı-ayrı tribunalarında həyəcan təbili çalınsa da, bu məsələ hər dəfəsində qulaqardına vurulub.

Təbii ki, erməni ilə qohum olmaq ayıb və yaxud da günah iş deyil. Hər halda, biz həddən-ziyadə tolerant bir dövlətin vətəndaşlarıyıq. Və borcumuzdur ki, bu kimi hallara dözümlü yanaşaq. Hətta minlərlə şəhidimizi, itirdiyimiz torpaqları belə xatırlamayaq.

Amma bu məsələdə bir lənətə gəlmiş məqam var ki, istənilən halda bu şəkildə qohumluq əlaqələri olan şəxslərin Azərbaycanda vəzifə tutmaları milli dövlətçilik maraqlarımız baxımından təhlükəli hesab olunur.

Deyəsən, elə bu məqamlar Əlixan Məlikovun qardaşının getməsini arzulayan qüvvələri də hərəkətə gətirib. Bu barədə DİA.AZ-a məlumat verən mənbəmiz iddia edir ki, bu günlərdə Prezident Administrasiyasında qərar tutan qüvvələr adından birbaşa olaraq hakimiyyətin üst düzəyinə ermənilərlə qohumluq əlaqələri olan məmurların dosyaları ötürülüb.

Mənbəmiz bildirir: «Bu dosyaların kimin sifarişi il əvə kimlər tərəfindən hazırlanması barədə əlavə məlumat verilib. Lakin bəlli olanı odur ki, həmin dosyalardan hansısa məqamda istifadə olunacaq».

Geri qayıt