Əsas Səhifə > Partiya > “QARABAĞ”DAN İQTİDARA DƏSTƏK
“QARABAĞ”DAN İQTİDARA DƏSTƏK27-10-2011, 14:34 |
BLOK HÖKUMƏTİN ADDIMINI TƏQDİR EDİB Ümid Partiyasının Mərkəzi Qərargahında “Qarabağ” Blokunun İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən DİA.AZ-a daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, “Siyasi partiyalar haqqında” qanun layihəsi və Türkiyə Respublikasının Van vilayətində baş verən zəlzələ müzakirə olunub. İctimai-siyasi vəziyyəti qiymətləndirən blok yetgililəri Azərbaycan hökumətinin MDB-nin azad iqtisadi zonalar haqqında sazişə imza atmamasını müsbət qiymətləndiriblər. “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunarkən blok yetgililəri təklif ediblər ki, beynəlxalq təcrübə öyrənilərək blok tərəfindən “Müxalifət haqqında” qanun layihəsi hazırlansın və Milli Məclisə təqdim olunsun. Sonda Türkiyə Respublikasının Van vilayətində baş verən zəlzələ ilə bağlı Azərbaycan hökumətinin qardaş ölkəyə yardımı təqdir olunub və təklif edilib ki, Azərbaycan hökuməti Türkiyədə yaranmış fövqəladə vəziyyətlə bağlı yardımlarını artırsın. Xüsusilə də, zəlzələ nəticəsində yaralanmış insanların müalicəsini öz üzərinə götürərək onların müalicəsini Naxçıvan Muxtar Respublikasında yerləşən səhiyyə ocaqlarında təşkil etsin. Geri qayıt |